GünazTV Sep.17.2020: ABŞ-da Zərif-in qatılacağı virtual konfransa qarşı tənqidlər

2020-09-17 17:58

ABŞ-da Zərif-in qatılacağı virtual konfransa qarşı tənqidlər

Gunaz.tv Quote | Gunaz article

ABŞ-da Zərif-in qatılacağı virtual konfransa qarşı tənqidlər

Prezident Donald Trump yönətimindəki yetkililər və konqresdəki müttəfiqləri, "Xarici Əlaqələr Şurası"nı İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifi İranlı idmançı Nəvid Əfkarinin edamından bir neçə gün sonra 22 sentyabrda bir video konfransında qəbul etdiklərinə görə kəskin bir şəkildə tənqid ediblər.    

Zərifin Zoom video zəng proqramı vasitəsi ilə 22 sentyabrda Nyu-Yorkda yerləşən Xarici Əlaqələr Şurası Araşdırmalar İnstitutunun iclasında iştirak etməsi planlaşdırılır. Halbuki, Avropa rəsmilərinin İrandakı qaydasız edamlarla bağlı geniş etirazlarından sonra Zərif Avropa səfərlərini ləğv edib.

ABŞ rəsmiləri, Xarici Əlaqələr Şurasının bu toplantısı Amerikada sanksiya qanunlarını pozduğunu düşünürlər, çünki sanksiya qanunlarının şərhlərinə görə Amerikalıların Zərif kimi sanksiyalara məruz qalan şəxslərə teknolojik xidmətləri daxil olmaqla hər hansı bir xidmət göstərməməsi lazım olduğunu söyləyirlər. İran xarici işlər naziri Nəvid Əfkarinin edamından bir neçə gün sonra konfransa qatılacağı üçün Zərifin virtual konfransdakı çıxışına və iştirakına qarşı etirazlar daha da artıb.

Bununla əlaqədar olaraq, ABŞ Dövlət Departamentinin sözçüsü, Xarici Əlaqələr Şurasının ABŞ-da Zəriflə Zoom şirkəti vasitəsi ilə İnternet bağlantısı barədə xəbərdarlıq edərək onları sanksiya tətbiq etməklə hədələyib.

Morgan Ortagus Washington Free Beacon veb saytına verdiyi açıqlamada, "qəddar İran rejiminin Nəvid Əfkarini edam etdiyi üçün, heç bir ölkə və ya təşkilat Zərifə təbliğatını yaymaq üçün bir platform verməməlidir" dedi. "Zərif və hökuməti vəhşiliyinə görə təcrid olunmalı və senzuraya məruz qalmalıdır."

"Mövcud qanun Xəzinədarlıq Departamenti tərəfindən tətbiq olunarsa, həm Xarici Əlaqələr Şurası, həm də Zoom (Şirkəti) sanksiyaları pozmaqla məruz qalacaq" deyə Dövlət Departamentinin sözçüsü əlavə etdi.

ABŞ Dövlət Katibi Mike Pompeo bir daha Nəvid Əfkarinin edamını qınayaraq 16 sentyabr çərşənbə günü bir Twitter mesajında belə yazdı: "Şənbə günü Zərif hökuməti, bir gənci etirazçıları qorxutmaq üçün vəhşicəsinə işgəncə gördükdən sonra edam etdi. Nəvid Əfkarinin edam edilməsi çirkin bir hərəkət idi. "Dünyadakı demokrasilər bu vəhşi rejimə qarşı möhkəm durmaq üçün mənəvi borcludurlar."

"İran rejiminin vəhşiliyinin nəticələri olmalıdır" deyən Pompeo "Dünya liderləri əhəmiyyətli bir addım atdılar və Zəriflə görüşlərini ləğv etdilər. "İran rejimi Nəvid-in qardaşlarını həbsdən azad etməyincə, yenidən görüşməməlidirlər."

ABŞ Senatının yüksək səviyyəli üzvü Ted Cruz da Zərifin ABŞ Xarici Əlaqələr Şurası ilə canlı onlayn danışığı barədə xəbərdarlıq edərək dedi: "Nəvid Əfkarini işgəncə verərək öldürdükdən sonra da, Xarici Əlaqələr Şurasının bu terrorçu rejimin başçıları ilə əlaqələri olduğu üçün hökumətimiz tərəfindən sanksiyaya məruz qalan İran rejiminin yüksək təbliğatçısı üçün proqram hazırlamağı planlaşdırması olduqca problemlidir."    

Qeyd etmək lazımdır ki, Xarici Əlaqələr Şurası həm Demokrat, həm də Respublikaçı partiyalardan olan keçmiş ABŞ hökumət rəsmilərindən ibarət bir düşüncə mərkəzidir və Məhəmməd Cavad Zərif ABŞ Xəzinədarlıq Departamentinin sanksiyalar siyahısına salınmadan əvvəl BMT Baş Məclisinin illik iclaslarına qatıldığı zaman bu araşdırma mərkəzində də düzənli olaraq natiq kimi iştirak edirdi.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranlı general: “İran sərhədləri yaxınlığında təkfirçi ünsürlərlə kəskin davranacağıq”

2020-10-28

gun az article

İranda son sutkada daha 415 nəfər koronavirusdan ölüb (Rəsmi statistika)

2020-10-28

gun az article

İran parlamentinin sədri koronavirusa yoluxub

2020-10-28

gun az article

MN: Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub

2020-10-28

gun az article

MN: Düşmənin hərbi müqaviləliləri və polis əməkdaşları cəbhəyə getməkdən boyun qaçırır

2020-10-28

gun az article

Ötən gün ərzində Ordumuz tərəfindən məhv edilən düşmən texnikaları açıqlanıb

2020-10-28

gun az article

MN cəbhədə son vəziyyəti açıqlayıb

2020-10-28

gun az article

Amerika Prezidenti Donald Tramp xanımı Melana ilə bərabər təyyarəyə oturarkən jurnalist ona belə sual verib.Azərbaycan və Ermənistan atəşkəsi pozub,məyus olmusuz?

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : Amerika Birləşmiş Ştatlarındakı erməni lobbisinin başında dayanan ANKA yəni Amerikanın Erməni Milli Komitəsi bu ölkədə ən ağır günlərini yaşayır.

2020-10-27

gun az article

İranda koronavirusdan ölənlərin sayı 33 000 nəfəri keçib (Rəsmi statistika)

2020-10-27

gun az article

Amerika İranın neft nazirinə və daha bir neçə İran rəsmisinə qarşı sanksiya qoyub

2020-10-27

gun az article

İranın Yəzd əyalətində 5.2 bal gücündə zəlzələ baş verib

2020-10-27

gun az article

“Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan

2020-10-27

gun az article

Ermənistan ordusunun xeyli sayda hərbi texnikaları sıradan çıxarılıb - RƏSMİ

2020-10-27

gun az article

Müdafiə Nazirliyi cəbhədə son vəziyyəti açıqlayıb

2020-10-27

gun az article

GünazTV Oct.26.2020 : “Azərbaycanla Ermənistan yenidən humanitar atəşkəsə razılaşdı. Bu dəfə ara düzəldən Vaşinqton oldu!”

2020-10-26

gun az article

“İstifadə etsə, “valyutası” da kəllə-mayallaq gedəcək”

2020-10-26

gun az article

Bu kəndlər də işğaldan azad edildi!

2020-10-26

gun az article

Azərbaycan Prezidenti: "Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun"

2020-10-26

gun az article

Prezident İlham Əliyev: "Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq, biz güclüyük"

2020-10-26