GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18 19:05

“Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

Gunaz.tv Quote | Gunaz article

Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”   

Amerika Birləşmiş Ştatları vəd etdiyi kimi İrana qarşı bütün beynəlxalq embarqoları yenidən qüvvəyə mindirdiyini elan etməyə hazırlaşır. Prezident  seçkisinin həssas dönəmində olan Amerika prezidenti Donald Tramp gələn həftə BMT-də edəcəyi çıxışında məhz İran  məsələsinə geniş  yer ayırmağı planlaşdırır.Tramp vəd edir ki, əgər o yenidən prezident olarsa İranla razılaşmaya gedəcək. Eyni zamanda Amerika prezidenti İrana qarşı bölgədəki ittifaqı daha da möhkəmləndirmək istəyir. İsrailin Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərini normallaşdırmaq üçün imzaladığı İbrahim razılaşması da BMT-də yenidən gündəmə gələ bilər. Amerika prezidentinin İrana istiqamətlənən twitter mesajı da onun bu məsələdə qətiyyətli olduğunu göstərir. Tramp deyib ki, əgər İran dəniz  sularında  Amerika  personalına hücum edərsə əvəzində Birləşmiş Ştatlar  buna “1000 misliylə” cavab verəcək.Tramp, Twitter üzərindən etdiyi bu xəbərdarlığını, İranın Qasım Süleymaninin öldürülməsinə cavab olaraq Amerikanın  Cənubi Afrika səfirinə suiqəst planladığını iddia edən bir xəbərə cavab olaraq deyib. Amerikanın Dövlət Katibi Mike Pompeo isə dünənki açıqlamasında demişdiki, İrana qarşı  embarqoların  yenidən qüvvəyə minməsi üçün gələn həftə  BMT-yə gedəcək. Pompeyo vəd edir ki,  İrana qarşı embarqoların tətbiqini  təmin etmək üçün Birləşmiş Ştatlar lazım olan  hər şeyi edəcək. Beynəlxalq müşahidəçilər isə düşünür ki,Amerikanın bu addımı  Birləşmiş Millətlər Təşkilatında etibarsızlıq böhranına yol aça bilər.Xatırladaq ki, Amerika Birləşmiş Ştatları  2015 -ci il nüvə  anlaşması çərçivəsində İrana qarşı zəiflədilən  BMT embaqrolarını  təkrar qüvvəyə mindiyini açıqlamağı düşünür. Aralarında Amerikanın müttəfiqlərinin də olduğu Təhlükəsizlik Şurasının digər üzvüləri isə Tramp hakimiyyətinin tək tərəfli addımına qarışmır.Beynəlxalq müşahidəçilər düşünür ki, Amerika bu qərarını açıqlayan kimi İran ətrafında dərin bir böhran yaranacaq.Amerika daha əvvəl də  İrana qarşı əhatəli embarqoları qüvvəyə mindirmişdi. Ehtimallardan biri də odurki,Amerika BMT-nin embarqolarını görməzdən gələn ölkələri  cəzalandıra da bilər. Bu arada Amerika, İranlı muxlifləri, jurnalistləri və beynəlxalq  səyahət şirkətlərini  hədəf aldıqları iddiası ilə iki İran şirkətindən  45 nəfərə embarqo tətbiq edib.Şirkətlər İranın  Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin nəzarətində olub. Maliyyə naziri Steven Mnuchin belə deyib: “İran rejimi, kəşfiyyat nazirliyini, məsum mülki  və şirkətləri hədəf almaqla dünyada təhlükəsizliyi pozmaq məqsədi ilə istifadə edir”. Sitatın sonu. Maliyyə nazir 45 nəfərin Rana şirkətində idarə edici, programçı və kiber hücumlar  üzrə mütəxəsisi olaraq işlədiklrini deyib. Onlar İran kəşfiyyatı üçün təhdid bildikləri beynəlxalq şirkət, qurum və hava yollarına qarşı kiber hücumlar təşkil ediblər.

Qənirə Ataş,Günaztv,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranlı general: “İran sərhədləri yaxınlığında təkfirçi ünsürlərlə kəskin davranacağıq”

2020-10-28

gun az article

İranda son sutkada daha 415 nəfər koronavirusdan ölüb (Rəsmi statistika)

2020-10-28

gun az article

İran parlamentinin sədri koronavirusa yoluxub

2020-10-28

gun az article

MN: Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub

2020-10-28

gun az article

MN: Düşmənin hərbi müqaviləliləri və polis əməkdaşları cəbhəyə getməkdən boyun qaçırır

2020-10-28

gun az article

Ötən gün ərzində Ordumuz tərəfindən məhv edilən düşmən texnikaları açıqlanıb

2020-10-28

gun az article

MN cəbhədə son vəziyyəti açıqlayıb

2020-10-28

gun az article

Amerika Prezidenti Donald Tramp xanımı Melana ilə bərabər təyyarəyə oturarkən jurnalist ona belə sual verib.Azərbaycan və Ermənistan atəşkəsi pozub,məyus olmusuz?

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : Amerika Birləşmiş Ştatlarındakı erməni lobbisinin başında dayanan ANKA yəni Amerikanın Erməni Milli Komitəsi bu ölkədə ən ağır günlərini yaşayır.

2020-10-27

gun az article

İranda koronavirusdan ölənlərin sayı 33 000 nəfəri keçib (Rəsmi statistika)

2020-10-27

gun az article

Amerika İranın neft nazirinə və daha bir neçə İran rəsmisinə qarşı sanksiya qoyub

2020-10-27

gun az article

İranın Yəzd əyalətində 5.2 bal gücündə zəlzələ baş verib

2020-10-27

gun az article

“Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan

2020-10-27

gun az article

Ermənistan ordusunun xeyli sayda hərbi texnikaları sıradan çıxarılıb - RƏSMİ

2020-10-27

gun az article

Müdafiə Nazirliyi cəbhədə son vəziyyəti açıqlayıb

2020-10-27

gun az article

GünazTV Oct.26.2020 : “Azərbaycanla Ermənistan yenidən humanitar atəşkəsə razılaşdı. Bu dəfə ara düzəldən Vaşinqton oldu!”

2020-10-26

gun az article

“İstifadə etsə, “valyutası” da kəllə-mayallaq gedəcək”

2020-10-26

gun az article

Bu kəndlər də işğaldan azad edildi!

2020-10-26

gun az article

Azərbaycan Prezidenti: "Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun"

2020-10-26

gun az article

Prezident İlham Əliyev: "Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq, biz güclüyük"

2020-10-26