GünazTV Sep.19.2020 :"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

2020-09-19 18:43

"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

Gunaz.tv Quote | Gunaz article

"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"
 
Ağ Evdə jurnalistlər qarşısına çıxan Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın əsas  mövzusu Coronovirusla mübarizə və vaksin hazırlığı ilə bağlı oldu.Tramp dedi ki, dərman firmaları peyvəndlərin tez bir zamanda hazır olması üçün gecə gündüz işləyir. Peyvənd  təstiqini tapan kimi vaksinin ölkə ərazisində paylanmasına başlanacaq.Tramp söylədiki, bütün  Amerikalıların vaksinə əli ən geci aprel ayında çata bilər.

“Hər ay yüzlərcə milyon doz vaksin istehsal ediləcək.Hər Amerikalıya yetəcək sayda vaksinə isə aprel ayına qədər  sahib olacağıq. Qısa  müddət içində etibarlı  və təsirli bir vaksinə sahib olacağıq və virusa qalib gələcəyik”

 Amerika prezidenti əvvəlki açıqlamalarında peyvəndin hazır olacağı ilə bağlı son tarixi oktyabr olaraq demişdi. Amerika Birləşmiş Ştatlarında aparılan sorğuya görə,ölkə  ictimayyətinin  49 faizi peyvənd vurdurmayacaqlarını deyirlər. Sorğuda iştirak edənlərin  51 faizi isə  “Corona vaksini bu gün satışda olsa etdirərə m ” cavabını verib. Corona peyvəndi  vurdurmaq istəməyən həmən o  49 faiz düşünür ki, peyvəndin yan təsirləri ola bilər. Johns Hopkins Universitetinin araşdırmasına görə, dünya miqyasında  Coronavirusa yoluxanların sayı  30 milyonu keçib.Ölüm sayı isə 950 minə çatıb. Amerika, 6 milyon 600 minlə  dünyada  ən çox yoluxma qeydə alınan ölkədir.Ümumdünya Səhiyyə Təşkilatı  virusun   Avropa miqyasında  yenidən “sürətlə” yayılmaya başladığını xəbər veriri.Qurum  düşünür ki,sürətlə yayılma  Avropa dövlətləri üçün ciddi siqnal olmalıdır.Amerika Prezidenti Donlad Tramp isə mətbuat konfransında onu da söylədi ki, rəsmi Vaşinqton vaksin mövzusunda digər dövlətlərə də dəstək olacaq.  Prezident Trampın toxunduğu mövzulardan biri də Əfqanıstan oldu.O,Amerikanın Talibanı yaxşı idarə etdiyini  söylədi.

  “Çox mübarizdirlər. Çox da  ağıllıdırlar, çox radikaldırlar. Bütün bunlara baxmayaraq  onları yaxşı  idarə edirik. Bilirsiniz  19 il oldu,  onlar belə hətta döyüşməkdən  yoruldu”

Prezident  Tramp, 3 Noyabr  seçkisindən əvvəl “Amerikanın ən uzun müharibəsi” olaraq dəyərləndirdiyi  Əfqanıstandakı savaşı sona çatdırmaq istəyir. Elə bu məqsədlə  Əfqanıstanda  sülh razılaşması etməyi hədəf qoymuşdu. Birləşmiş Ştatlar  2021-ci ilin may ayına qədər bütün hərbi gücünü Əfqanıstandan çəkməyi planlaşdırıb. Xatırladaq ki, Taliban və Əfgan hökümətinin ilk rəsmi görüşü Amerikanın iştirakı ilə bu həftə  Qətərin paytaxtı  Dohada baş tutumuşdu.

Qənirə Ataş,Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranlı general: “İran sərhədləri yaxınlığında təkfirçi ünsürlərlə kəskin davranacağıq”

2020-10-28

gun az article

İranda son sutkada daha 415 nəfər koronavirusdan ölüb (Rəsmi statistika)

2020-10-28

gun az article

İran parlamentinin sədri koronavirusa yoluxub

2020-10-28

gun az article

MN: Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub

2020-10-28

gun az article

MN: Düşmənin hərbi müqaviləliləri və polis əməkdaşları cəbhəyə getməkdən boyun qaçırır

2020-10-28

gun az article

Ötən gün ərzində Ordumuz tərəfindən məhv edilən düşmən texnikaları açıqlanıb

2020-10-28

gun az article

MN cəbhədə son vəziyyəti açıqlayıb

2020-10-28

gun az article

Amerika Prezidenti Donald Tramp xanımı Melana ilə bərabər təyyarəyə oturarkən jurnalist ona belə sual verib.Azərbaycan və Ermənistan atəşkəsi pozub,məyus olmusuz?

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : Amerika Birləşmiş Ştatlarındakı erməni lobbisinin başında dayanan ANKA yəni Amerikanın Erməni Milli Komitəsi bu ölkədə ən ağır günlərini yaşayır.

2020-10-27

gun az article

İranda koronavirusdan ölənlərin sayı 33 000 nəfəri keçib (Rəsmi statistika)

2020-10-27

gun az article

Amerika İranın neft nazirinə və daha bir neçə İran rəsmisinə qarşı sanksiya qoyub

2020-10-27

gun az article

İranın Yəzd əyalətində 5.2 bal gücündə zəlzələ baş verib

2020-10-27

gun az article

“Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan

2020-10-27

gun az article

Ermənistan ordusunun xeyli sayda hərbi texnikaları sıradan çıxarılıb - RƏSMİ

2020-10-27

gun az article

Müdafiə Nazirliyi cəbhədə son vəziyyəti açıqlayıb

2020-10-27

gun az article

GünazTV Oct.26.2020 : “Azərbaycanla Ermənistan yenidən humanitar atəşkəsə razılaşdı. Bu dəfə ara düzəldən Vaşinqton oldu!”

2020-10-26

gun az article

“İstifadə etsə, “valyutası” da kəllə-mayallaq gedəcək”

2020-10-26

gun az article

Bu kəndlər də işğaldan azad edildi!

2020-10-26

gun az article

Azərbaycan Prezidenti: "Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun"

2020-10-26

gun az article

Prezident İlham Əliyev: "Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq, biz güclüyük"

2020-10-26