GünazTV Sep.22.2020 : “Dalana dirənən İran! Vaşinqton rəsmi Tehrana qarşı təzyiq siyasətini sonadək qoruyacağını açıqladı”

2020-09-22 19:27

“Dalana dirənən İran! Vaşinqton rəsmi Tehrana qarşı təzyiq siyasətini sonadək qoruyacağını açıqladı”  

Gunaz.tv Quote | Gunaz article

“Dalana dirənən İran! Vaşinqton rəsmi Tehrana qarşı təzyiq siyasətini sonadək qoruyacağını açıqladı”  

Amerika Birləşmiş Ştatları dünyanı təhdiddə saxlayan İran üçün vəd etdiyi sanksiyaları açıqladı. Birləşmiş Ştatlarının Dövlət  Departamentində jurnalistlər qarşısına çıxan Amerikanın  Müdafiə Naziri Mark Esper, Ağ Evin Beynəlxalq Təhlükəsizlik müşaviri Mark O’Brien və Amerikanın  Birləşmiş Millətlərdəki daimi nümayəndəsi Kelly Craft detalları açıqladılar. Dövlət Katibi Mayk  Pompeo, ölkəsinin yeni sanksiyalar gətirdiyi qurumlar arasında İran Müdafiə Nazirliyinin olduğunu da söylədi.

“Amerika var qüvvəsi ilə İrana qarşı olan sanksiyaları geri gətirməyə çalışdı. Bu  sanksiyalar arasında İrana qarşı  keçmiş silah embaqrosu da var. Tramp administrasiyası həmişə dünyaya açıq deyib ki, İran rejimi radikal terrorizmi dəstəkləyən quruluşdur. Prezident Tramp əvvəldən bilmişdiki, İranın nüvə razılşması bir səhv idi. İranın nüvə razılaşması Tehranı dünyaya yaxınlaşdırmadı.Onlar heç nüvə silahından uzaqlaşmadılarda. Biz İranın Müdafiə Nazirliyinə və Silahlı Qüvvələrin Maddi Texniki Təhcizatı Nazirliyinə də sanksiyalar qoyuruq.”

Amerika prezidenti  Donald Trampın İranla əlaqəli şərti silah köçürmələrini hədəf almaq üçün yeni sənəd imzaladığını deyən Pompeo, BMT-nin İrana qarşı tətbiq etmiş olduğu silah embarqolarının yenidən qüvvəyə  mindiyini söylədi. Dövlət Katibi Pompeyo bütün ölkələri Amerikanın bu mövzudakı duruşunu dəstəkləməyə və İrana qarşı olan sanksiyalara əməl etməyə çağırdı. Dövlət  Katibinin yeni sanksiyalar tətbiq olnduğu deyilən  fərd və qurumlar arasında İran Müdafiə və Silahlı Quvvələr Lojistik Nazirliyi ilə birlikdə, İran Müdafiə Sənayesi Təşkilatı və Direktoru Mehrdad Akhlaghi-Ketabchi o cümlədən  Venezuela lideri Nicolas Maduronun da adı var. Dövlət Departamenti və Maliyyə nazirliyi, İranın Atom Enerjisi Təşkilatı ilə  əlaqəli olan  6 rəsmisini və 3 qurumu da qara siyahıya  salıb. Amerikanın  Ticarət Nazirliyinin sanksiyalar  siyahısına, İranın Atom Enerjisi Təşkilatı ilə əlaqəsi olduğu deyilən daha 5 nəfər əlavə edildi. Bu İnsanlara  ixracat nəzarəti məhdudiyyətləri  tətbiq olunacaq. Eyni zamanda Maliyyə Nazirliyi, maye yanacağı texnologiyası istifadə edən ballistik raket təşkilatı  Şahid Hemmat Sanayi Qrupu ilə  əlaqəli  üç nəfərə və 4 şirkətə sanksiya tətbiq edib.  

“Amerika  İrana qarşı sanksiyalarını, Tehranın “zərər verici addımları”  bağlı geniş   müzakirələrə girməsinə qədər genişləndirməyi  davam etdirəcək. İranla diplomatiyaya hər zaman açığıq, amma İran diplomatiyaya reaksiya vermədi. Bu  real olana qədər qətiyyətli təzyiqi davam etdirəcəyik.”

Mətbuat konfransında  söz alan Amerikanın müdafiə naziri  Mark Esper isə  Pentaqonun İranın “gələcəkdəki hücumlarına” reaksiya verməyə hazır olduğunu vurguladı.

“Amerika prezidentinin bu günkü qərarnaməsi İranın Amerika qüvvələrinə və Amerikanın dostlarına qarşı istiqamətlənən bütün addımlarına cavabdır.Biz İranın istənilən aqqressiv hərəkətinə cavab verməyə hazırıq. Bizim komandirlərimizin əlində  İranın hücumlarına cavab vermək üçün həm icazə həm də güc var. Biz Amerikanı isətnilən hədədən qoruyacağıq. ”

Amerikanın   Birləşmiş Millətlər Təşkilatındakı  Daimi nümayəndəsi  Kelly Craft isə Birləşmiş Millətlərə üzv  bütün ölkələrin  İrana qarşı sanksiyaları təkrar tətbiq etməli olduğunu vurğuladı.Ağ Evin Beynəlxalq Təhlükəsizlik Müşaviri Mark O’Brien də, İranın nüvə  silahı proqramıyla bağlantısı olan  27 quruluş və fərdə yeni embarqolar və ixracata nəzarəti  qoyacaqlarının açıqladı.Vaşington, Avropa ölkələri daxil, müttəfiqlərinin belə etirazına baxmayaraq tək  başına İrana qarşı BMT  sanksiyalarını  yenidən qüvvəyə mindiyini elan  etmişdi.

Qənirə Ataş,Günaztv,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19