GünazTV Sep.23.2020 : “Amerika BMT-dən Çindən hesabat istəməyi tələb etdi.”

2020-09-23 19:50

“Amerika Birləşmiş Ştatları BMT-ni Çindən hesabat istəməyi çağırıb.”

Gunaz.tv Quote | Gunaz article

“Amerika BMT-dən Çindən hesabat istəməyi tələb etdi.”

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın BMT  tribunasından etdiyi çıxışında  Çin və İran əsas yeri tuturdu. Donald Tramp, düşünürki BMT Corona virusu nəzarətə  almaqda uğursuz olduğu üçün Çindən hesabat almalıdır. Tramp, Amerikada  200 min, dünya miqyasında isə 1 milyon insanın ölümünə görə Çini mühakimə etdi.

 

“BMT,  hadisələrlə bağlı Çindən hesab sormalıdır. Çin virusu  hər gün can alır. 2. Dünya müharibəsindən sonra  və BMT-nin qurulmasından 75 il sonra, təkrar böyük bir beynəlxalq  mübarizənin içərisindəyik. 188 ölkədə sayısız hesabda ölümə səbəb olan Çin virusuna qarşı çətin  bir müharibə şəraitindəyik.”

 

Tramp, vəd etdiki Amerika tezliklə vaksin hazırlayaraq virusa qalib gələcək, virusu sona çatdıraraq dünyanı daha əvvəllər də misli görünməmiş yeni bir  sülh  dönəminə gətirəcək.O, xüsusi vurğuladı ki, ilk başlarda Çin ölkə daxilində səyahətləri məhdudlaşdırsa da Çindən diğər ölkələrə uçuşlara icazə verməklə virusun dünyaya yayılmasına şərait yaradıb. Dünya Səhiyyə Təşkilatı yenə hədəfdə oldu. “Çin hökuməti və Çinin nəzarətindəki Dünya Səhiyyə Təşkilatı, insandan insana keçməyə dair sübut tapılmadığı istiqamətində səhv açıqlama etdi. Sonra da simptom göstərməyənlərin xəstəliyi yaymayacağı kimi yanlış məlumatlar da verdilər”.Sitatın sonu.İqlim dəyişikliyi mövzusunda danışan Donald Tramp, bu mövzuda  Amerikanın haqsız yerə hədəf  alındığı mesajını verdi və yenə də  Çinə yükləndi.   Çinin  ətraf mühiti açıq formada çirkləndirdiyini dedi.

 

 “Çin hər il milyonlarla ton plastik və zibili okyana atır, limitləri aşaraq digər ölkələrin sularında balıqların sayının azalmasına səbəb olur.Geniş miqyasda mərcan mənbələrini  yox edirlər, atmosferə digər  bütün ölkələrdən daha çox zəhər buraxırlar.”

 

Amerika prezidenti  BMT-ni dünyanın real problemləri ilə məşğul olmağa cağırdı. Bura  terrorizm, qadınlara istiqamətlənən təzyiq, zorla işlətmə, narkotik  qaçaqmalçılığı, insan ticarəti və dini azlıqlara istiqamətlənən etnik təmizləmə daxildir.Amerikan prezidenti Kosova və Serbiya ilə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreynlə İsrail arasında Amerikanın vasitəçiliyi ilə əldə olunan sülh razılaşmalarına da toxundu. İŞİD terror təşkilatını dünyadan silmək üzrə olduqlarını, terrorçu təşkilatın qurucusu və lideri Əl Bağdadini və “dünyanın ən böyük terrorçusu” adını verdiyi İranlı general Kasım Süleymanini də  öldürdüklərini xatırlatdı. İndi Amerikanın Əfqanıstanda müharibəni sona çatdırmaq  üçün mübarizə  apardığını  və bu ölkədəki əskərlərini geri çəkmə mərhələsində olduğunu söylədi. Ortadoğudakı sülh anlaşmasına xüsusiylə toxunan Tramp, yaxın zamanlarda  yeni sülh razılaşmaları da olacaq mesajını verdi.

 

Qənirə Ataş,Günaztv,Vaşinqton.

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Bağdad hava limanı raket atəşinə tutuldu

2021-05-03

gun az article

Aralıq dənizində İran gəmisi hücuma məruz qalıb

2021-03-13

gun az article

Mövlud Çavuşoğlu və Sergey Lavrov Dağlıq Qarabağı müzakirə etdilər

2021-03-11

gun az article

Türkiyə hərbçiləri 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib

2021-03-08

gun az article

Türkiyədə hərbi helikopter qəzası ilə bağlı ilkin səbəb açıqlandı

2021-03-05

gun az article

İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

2021-03-01

gun az article

Bayden: İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi

2021-02-28

gun az article

ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib

2021-02-27

gun az article

ABŞ kəşfiyyatının hesabatında jurnalist Qaşıqçının öldürülməsində Səudiyyə şahzadəsinin rolu olduğu bildirilir

2021-02-27

gun az article

Azərbaycan prezidenti iranlı jurnalistə irad bildirib+video

2021-02-26

gun az article

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

2021-02-26

gun az article

Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

2021-02-26

gun az article

İstanbulda PKK əleyhinə əməliyyat zamanı 11 şübhəli şəxs saxlanılıb

2021-02-26

gun az article

Amerika Suriyanın şərqində İranın dəstəklədiyi silahlıların mövqelərinə hücum edib

2021-02-26

gun az article

Çavuşoğlu: “Ermənistanda çevrilişə cəhdi qətiyyətlə pisləyirik” - YENİLƏNİB

2021-02-25

gun az article

Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı işdən çıxarıb

2021-02-25

gun az article

BMT-nin Baş katibi Cenevrədə Kipr mövzusunda 5+1 formatında toplantı keçirəcək

2021-02-25

gun az article

Dünyada son sutkada 280 mindən çox koronavirusa yoluxma qeydə alınıb

2021-02-24

gun az article

ABŞ İranla ölkədə həbsdə olan amerikalılarla bağlı müzakirələrə başlayıb

2021-02-22

gun az article

ABŞ və Avropanın üç böyük dövləti Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

2021-02-17