SON XƏBƏRLƏR

Güney Azərbaycan abidələri

2021.10.20, 07:36
Güney Azərbaycan abidələri

Gunaz.tv
İrandakı Azərbaycan abidələri İlin sonuna kimi siyahıya alıncaq "İran ərazisindəki erməni kilsələri UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Nazir müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyətimizin Tehrana səfəri zamanı irad və təkliflərimiz İran tərəfinə çatdırılıb və ilin axırına kimi bu ölkə ərazisində olan Azərbaycan abidələrinin siyahısının, o cümlədən Xudafərin körpüləri haqqında məlumatın hazırlanması nəzərdə tutulub", -bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir Azərbaycan aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni abidələr siyahısına salınması istiqamətində işlərin davam etdiyini bildirib: "Dünyanın mədəni irs siyahısına Naxçıvan türbələri və Şəkidəki tarixi abidələrin salınması istiqamətində də işlər görürük. İşğal altında olan ərazilərimizdəki tarixi abidələri isə mədəni irs siyahısına təqdim edə bilmirik, çünki onların bugünkü vəziyyəti haqqında məlumatımız yoxdur". Ə.Qarayev işğal altındakı torpaqlarda Azərbaycanın 300-ə yaxın tarixi abidəsi olduğunu söyləyib. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar