SON XƏBƏRLƏR

Güney Azərbaycan dövlətçilik arzusu.

2021.10.20, 07:36
Güney Azərbaycan dövlətçilik arzusu.

Gunaz.tv
G. Azərbaycan dövlətçilik ... Güney Azərbaycan dövlətçilik arzusu harayharaymenturkem.jpg Fars-molla rejiminin Azərbaycan türklərinə qarşı repressiyalara laqeyd münasibət bəsləyir Həmişə Azərbaycanın zəngin maddi və mənəvi qaynaqları, qəhrəmanlıq tariximiz barədə ürəkdolusu danışırıq. Düz də edirik. Çünki bu Allah vergisi zənginliklər, gözəlliklər dünyanın əksər ölkələrində yoxdur. Bəzən isə özümüzü qınayırıq, niyə bu qədər problemlərin içində üzüldüyümüzün səbəbini üzə çıxarmağa çalışırıq, günahların çoxunu özümüzdə görürük. Amma həmişə mühüm bir məsələni unuduruq: Qonşularımızı. Azərbaycan türklərinin, azərbaycanlıların qonşuları dünyanın əd bədxah, xain və xəbis qonşularıdır. Dünyanın hər hansı bir ölkəsi, xalqın farsın, rusun, erməninin qonşuluğunda yaşasaydı, bəlkə də Lidiya, Latın xalqı kimi yoxa çıxardı. Ancaq biz fars, rus, erməninin düşmənçiliyindən danışanda söhbəti ayrı-ayrı xalqların sadə fərdlərinin üzərinə gətirməkdən uzağıq. ... İran Mədəniyyət Nazirliyinin rəsmi orqanı olan "İran" qəzetində 2006-cı il may ayında Azərbaycan türklərini təhqir edən "tarakan karikaturasının" nəşrinə etiraz olaraq başlanan aksiyalardan, nümayişlərdən iki il ötür. İki il əvvəl may ayının 22-də yüz minlərlə soydaşımızın İranın fars-molla rejiminin siyasətinə etiraz edərək kütləvi şəkildə küçələrə çıxması, nümayişlər, mitinqlər keçirməsi Azərbaycan türklərinin demokratikləşmək, milli hüquqlarını əldə etmək uğrunda mübarizəsinin ən bariz nümunəsiydi. Dünya qəribə təzadlarla üz-üzə qalıb. Bir tərəfdən, dövlətlərin ərazi bütövlüyünün qorunması, o biri tərəfdən isə xalqların öz müqəddaratını təyin etmək prinsipi xeyli ziddiyyətlər yaradır. Kosova presedenti göstərdi ki, sayı 100-200 min deyil, milyonlarla olan və deportasiyalara, soyqırımlara məruz qalan xalqların öz müqqədəratını təyin etmək, müstəqil dövlətini qurmaq imkanları tanınmaqdadır. Rusiyanın ölçüsündə bçilmiş Kosova presedentinin bir gün İranı yaxalaması da qaçılmazdır. Yəqin ki, dünya siyasətindəki tendensiyanı İranın fars-molla rejimi də çox gözəl bilir, ona görə də hələ 1995-ci ildə İran Təhlükəsizlik Şurasının toplantısında o zamankı xarici işlər naziri "Güney Azərbaycanın gec-tez müstəqil olacağını" açıqlayıb. ... Azərbaycan Milli Azadlıq Hərəkatının ayrılmaz hissəsi olan Güney Azərbaycan Milli Hərəkatı milli haqq və hüquqlar, insan hüquqları, ana dilində tədris, qəzet və jurnalların nəşri, siyasi azadlıqların təmin olunması və s. bəşəri ideyalar uğrunda mübarizə aparır. İki il əvvəl may ayında özünün mühüm bir dönimini yaşamış milli hərəkat bunu bütün dünyaya sübut edib, öz varlığını təsdiqləyib. Son illərdə İranda milli hərəkatçılarımıza qarşı daha da şiddətlənən repressiyalar, təzyiqlər göstərir ki, fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının gündən-günə genişlənməsindən, güclənməsindən ciddi şəkildə narahatdır. Soydaşlarımız "pantürkist", "separatçı", "Güney Azərbaycan dövlətini yaratmaq", "Azərbaycan Respublikasına işləmək" , "Türkiyəyə işləmək" ittihamlarıyla mühakimə olunurlar, həbsə atılırlar, zəmanətlə, girov müqabilində azadlığa çıxmaq üçün borca salınırlar (Konkret faktlarla bağlı tez-tez qəzetimizdə məlumat veririk). Çox təəssüf ki, demokratik, sivil dünya İranda Azərbaycan türklərinə qarşı genişlənən repressiyalara laqeyd münasibət bəsləyir. Sanki İranın nüvə problemi, uranın zənginləşdirilməsiylə bağlı hay-küy elə bu ölkədə yaşanan olaylardan, millətlərin, insanların hüquqlarının kütləvi şəkildə pozulması və s. neqativ hallardan dünyanın diqqətini yayındırmaq üçündür. Fars-molla rejiminin siyasəti Birləşmiş Ştatlarla "soyuq müharibə" aparan, amma əhalisini faktiki olaraq hüquqsuz vəziyyətə salan, aclığa, "yağ talonlarına" möhtac qoyan keçmiş SSRİ-nin durumunu xatırladır. ... Məsələ burasındadır ki, fars mahiyyəti rusdan daha təhlükəlidir. Əgər rus son iki yüz il ərzində Qafqazı, Azərbaycanı işğal etmişdisə, fars hələ qədim zamanlardan, orta əsrrlərdə daim Azərbaycanın, türklərin içində bir qarayara kimi oturub. Bu baxımdan hazırda İranda baş verənlərə təkcə müasir dünyanın ərazilərin toxunulmazlığı, xalqların öz müqəddaratını təyin etməsi və s. prinsiplər baxımından təhlil yox, həm də tarixi (qısa şəkildə də olsa) yanaşmağa da ehtiyac duyulur. Diqqət yetirdikdə görürük ki, müasir demokratik, insan hüquqları uğrunda mübarizələr, elə beynəlxalq terrorizmlə mübarizə kimi məsələlər dövlətlərin ərazi bütövlüyü çərçivəsində aparılır. Həm bu, həm də Azərbaycan türklərinin təkcə Güney Azərbaycan ərazisində deyil, Tehranda, daha cənubdakı başqa mühüm şəhərlərdə çox sayda yaşaması, nəhəng iqtisadi imkanları İranın taleyinə fərqli baxışları ortaya çıxarıb. Güneyli soydaşlarımızın bəziləri İranı öz dövlətləri sayırlar. Bu yanlış yanaşma deyil. Əslində İran sözünün özü belə fars mənşəli deyil və İranın elmə məlum olan 8 min illik tarixində farslar cəmi 325 il ərzində (Əhəmənilər, Sasanilər dövründə) hakimiyyətdə olublar. Təəssüf ki, farsların öz adlarına çıxdıqları Əhəmənilər, Sasanilər dövründə türklərin oynadığı rol tarixi tədqiqatlarımızın obyektinə düşməyib. Bu məsələlər daha geniş şəkildə araşdırılsa, türklərin Anadoluda varlığının heç də XI əsrdən, oğuzların bu yerlərə gəlməsiylə başlamadığı məlum olacaq. Nəticədə Azərbaycanın, İranın tarixini farslaşdırmağa çalışan, türklərin Anadoluya orta əsrlərdə gəldiyini iddia edənlərə daha tutarlı cavab veriləcək. Sonrakı dövrlərdə Səlcuqlar, Osmanlı İmperiyasında, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Qacarlar dövründə ərəb dili ilə yanaşı, fars dilinin saray dili olmasının səbəbləri araşdırılmayıb. Məhz buna görə də farslar indi İranda, tariximizdə, mədəniyyətimizdə at oynatmağa çalışırlar. Yeri gəlmişkən, ingilis tarixçilərindən biri yazır ki, əgər Şah İsmayıl Xətayinin dövründə İranı idarə edən 18 tayfadan 17-si türk, yalnız bir tayfa fars tayfası idi. Amma 1680-ci illərdə Səfəvilər sarayında bu türk tayfalarının əksəriyyəti farslarla qarışmışdı, türk şahzadələrinin çoxunun anası fars idi. Məncə, tariximizdəki belə ziddiyyətli, anlaşılmaz, farsın qadın siyasətinin nəticəsi olan məsələlərin də araşdırılması vacibdir. Bu işdə fars dilini bilən güneyli soydaşlarımızın üzərinə böyük yük düşür. Sonrakı yüz ildə Nadir şah Əfşarın, Qacarların hakimiyyətə gəlməsi İranda türk hökmranlığını gücləndirdi. Elə 1804-1828-ci illərdə Rusiya İmperiyasının qarşısında dayanan da farslar deyil, Azərbaycan türkləriydi. Rus tarixçiləri yazırlar ki, Rusiyaya qarşı vuruşan Abbas Mirzənin rəhbərlik etdiyi İran qoşunlarının tərkibi yalnız Azərbaycan türklərindən ibarət idi. Amma Abbas Mirzənin atasının sarayı, yəni Tehran (farslaşmış manqurtlar) Rusiya ilə müharibədə Azərbaycan qoşunlarına heç bir yardım göstərmirdi. Bunu son illərdə Azərbaycan Respublikasının tarixçi alimləri üzə çıxarıblar. Tarixçilərimiz uzun illər Rusiya-İran müharibələri kimi qələmə verilən müharibələri, Rusiya-Azərbaycan müharibələri olduğunu, bunun tarix kitablarına salınmasını vacib sayırlar. Yuxarıda qeyd etdiyimiz kimi, güneyli soydaşlarımız həmişə İranı özlərininki sayıblar. Çünki farsın vətəni tarixən Persia olub. Yəqin ki, məhz buna görə, Səttarxanın rəhbərlik etdiyi 1907-1911-ci illər Məşrutiyyət inqilabı, Şeyx Məhəmməd Xiyabaninin yaratdığı "Azadistan dövləti"nin qayəsi İranın xoşbəxtliyi uğrunda idi. Bəlkə də 1920-ci ildə Qacarların hökmranlıq etdiyi İran hökumətinin Azərbaycan Xalq Cümhuriyyətini tanıması da müsbət mənada təsadüfi deyildi. Xatırladaq ki, Xiyabaninin 1920-ci il iyun ayının 22-də qurduğu demokratik hökumət ilk dəfə olaraq Azərbaycan türkcəsində təhsilə keçib, "Məhəmmədiyyə" və "Hikmət" adında iki qadın məktəbi açıb, ilk Milli Qvardiya yaradılıb. Amma 1901-ci ildə Tehrandakı rus hərbi hissəsində serjant kimi fəaliyyətə başlayan və 1925-ci ildə Rusiyanın və Böyük Britaniyanın dəstəyilə İran hakimiyyətini qəsb edən Rza şah Pəhləvi (onların qədim Pəhləvilərə heç bir aidiyyatı yoxdur) ilə bu ölkədə farsların hakimiyyəti başladı. Bu illər ərzində Güney Azərbaycan fars şovinizminin əsl simasını görüb. Tarixən türklərin yaşadığı Həmədan, Zəncan, Qəzvin, Sultanabad, Savə kimi yurdlarımız Güney Azərbaycandan qoparılıb, başqa əyalətlərə birləşdirilib, əsasında farsçılıq duran "vahid iran milləti" ideyası, "vahid dil" məsələsi ortaya atılıb. Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Güney Azərbaycan türkləri 1946-cı il yanvarın 28-də BMT-yə müraciət edərək millətlərin öz müqəddaratını təyin etmə prinsipinə əsaslanaraq Azərbaycan Milli Hökumətini tanımaq üçün müraciət ünvanladı. Amma ana dilində təhsilə keçən, qadınlarla kişilərin hüquqlarını bərabərləşdirən, Milli Ordu yaradan, torpaq islahatı həyata keçirən, demokratik prinsiplərə əsaslanan Azərbaycan Milli Hökuməti SSRİ-nin, Böyük Britaniyanın və ABŞ-ın dəstəyilə hərəkətə keçən Pəhləvi rejiminin hücumlarına məruz qaldı, süquta uğradı. İranın XX əsr tarixini vərəqləyəndə həmişə Azərbaycan türkləriylə bağlı qanlı-qadalı səhifələri görürük. Məsələn, 1952-ci ildə baş nazir, Azərbaycan türkü, doktor Müsəddiqi ilə bağlı proseslər, 1979-cu il İran islam inqilabı dövründə azərbaycanlı ayətullah, inqilabın rəhbərlərindən biri olan Şəriətmədarinin ev dustağı edilməsi və s. unudulmamalıdır. İslam inqilabı zamanı Güney Azərbaycan türklərinin dövlət qurmaq uğrunda mübarizəsi araşdırılmalıdır. Ötən əsrin 1925-ci ilindən başlayaraq İran uğrunda, İranda hakimiyyətə gəlmək uğrunda mübarizədə Azərbaycan türkləri uğur qazanmayıblar. Çünki ingilis, rus, fars birləşərək buna imkan verməyiblər. Nəticədə isə soydaşlarımız kültəvi soyqırımlara məruz qalıblar. Faktiki olaraq Rza şah Pəhləvinin "vahid iran milləti" siyasətini islamçılıq, irançılıq adı altında həyata keçirən ali dini rəhbər Xomeyni qəbul etdirdiyi Konstitusiyanı pozaraq farslardan qeyri millətlərə heç bir azadlıq vermədi, sayı İran əhalisinin yarısına bərabər olan 35 milyon Azərbaycan türkləri, qaşqaylar, türkmənlərin heç bir hüququ tanınmadı. İndi də fars-molla rejimi əsrlərlə çörəyini yediyi Azərbaycan türklərini aşağılmaqda, təzyiqlərə, repressiyalara məruz qoymaqda davam edir, türk dilində təhsil almağa, qəzet və jurnalların nəşrinə imkan vermir, ən adi insan hüquqlarını belə tanımır. Əsrlərdə öz varlığını Azərbaycan Türkünün çiyinlərində oturaraq saxlayan, millətimizin hesabına yaşayan farsın ədaləti, vicdanı yoxdur. Faşistləri Bakı neftinin hesabına məğlub edən rus 20 Yanvar faciəsini törətməklə Azərbaycana necə "minnətdarlıq" etdisə, fars da eyni əməlləri törədir və törədəcək. Onsuz da Azərbaycanın qədim torpağı olan Qarabağın, Şuşanın işğalında Rusiya ilə yanaşı, fars-molla rejimi də Ermənistana dəstək verib. Güney Azərbaycanın İran üçün ağlamasına gərək yoxdur. İndi soydaşlarımız Güney Azərbaycan Cümhuriyyətini qurmaq, Azərbaycanın ərazilərinin cənubunda dövlətçiliyimizi bərpa etmək haqqında düşünməli və bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərməlidir. Təbriz Quzeyli /XC/ butovaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar