SON XƏBƏRLƏR

Güney Azərbaycan əhalisi, o cümlədən “Traxtur” tərəfdarlarından “Barış bulağı” əməliyyatına dəstək

2021.10.20, 07:36
Güney Azərbaycan əhalisi, o cümlədən “Traxtur” tərəfdarlarından “Barış bulağı” əməliyyatına dəstək

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan əhalisi, o cümlədən  tanınmış “Traxtur” futbol komandasının tərəfdarları müxtəlif vasitələrlə Türkiyənin Suryanın şimalında həyata keçirdiyi antiterror əməliyyatına dəstək nümayiş etdirir.

 

Bu məqsədlə soydaşlarımız müxtəlif yerlərdə, o cümlədən iş yerlərində Türkiyə bayrağını qaldırırlar. Onlar həmçinin plakat və ya yazılı parçalar nümayiş etdirərək türk ordusuna dəstək verir.

 

Bu istiqamətdə Təbrizin məşhur “El gölü” parkında qaldırılan Türkiyə bayrağı hər kəsin diqqətini çəkib.

 

 

Türk ordusuna dəstək sosial şəbəkələrdə də müşahidə olunmaqdadır. Güney Azərbaycanın “Traxtur” futbol komandasının tərəfdarları profil şəkillərini Türkiyə bayrağı ilə diyişiblər. Onlar bu istiqamətdə müxtəlif videolar yayır və “Yaşasın Türkiyə” kimi şüarlarla çıxış edirlər.

 

https://www.youtube.com/watch?time_continue=5&v=teMwh3JC8Sc

 

“Barış bulağı” əməliyyatını dəstəkləyən güney azərbaycanlılar inanır ki, PKK və “Pejak” kimi terror qruplaşmaları uzun illərdir Güney Azərbaycanda da bir çox cinayətlər törədib. Onların bölgədən təmizlənməsi bütün insanlığa edilən xidmətdir.

 

Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış bulağı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Əməliyyat başlayan gündən Suriyada yüzlərlə terrorçu zərərsizləşdirilib.

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar