Güney Azərbaycan əyalətlərində “Covid-19”la bağlı son vəziyyət açıqlanıb

2020-09-05 12:32

Güney Azərbaycanın Qəzvin, Zəncan və Ərdəbil əyalətlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb.

Gunaz.tv Quote | Gunaz article


Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdar sentyabrın 5-də mediaya açıqlamasında deyib ki, son iki gün ərzində xəstəliyə yoluxan daha 51 nəfər xəstəxanalara yerləşdirilib: “Bununla da hazırda “Covid-19”a yoluxma səbəbilə Qəzvin əyalətinin xəstəxanalarında müalicəsini davam etdirənlərin sayı 312 nəfərə çatıb. 


Təəssüflər olsun ki, son bir sutkada daha 1 nəfər koronavirusdan vəfat edib. Hazırda isə əyalətin Qəzvin və Takistan şəhərləri yoluxucu xəstəliyinin yayılması baxımdan qərmızı və fövqəladə hal vəziyyətindədir” –deyə, Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdar bəyan edib. 


Güney Azərbaycanın Zəncan əyalətində isə son bir gün ərzində daha 14 nəfər koronavirusa yoluxub.


Bu barədə sentyabrın 4-ü günorta saatlarında məlumat yayan Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş deyib ki,  bununla da hazırda Zəncan əyalətinin müxtəlif şəhərlərinin xəstəxanalarında müalicə alanların sayı 281 nəfərə yüksəlib: “Ümumilikddə Zəncan əyalətində indiyədək test analizləri pozitiv çıxmış 3 min 343 nəfərin qəti şəkildə xəstəliyə yoluxması müəyyən edilib. 


Təəssüflər olsun ki, son bir gün ərzində daha 2 nəfər xəstəlikdən vəfat edib və beləliklə də bu günə qədər zəncan əyalətində pandemiya yoluxucu xəstəliyindən ölənlərin sayı 441 nəfərə çatıb. Həmçinin əyalətdə indiyədək 2 min 819 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb” –deyə, Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əlavə edib.


Güney Azərbaycanın Ərdəbil əyalətində son bir sutka ərzində 32 yeni koronanavirusa yoluxma halı aşkarlanıb, daha 5 nəfər xəstəlikdən vəfat edib.


Bu barədə senrtyabrın 5-də mediaya açıqlamasında məlumat yayan Ərdəbil Tibb Universiteti rektorunun müavini Məhəmmədrza Rzayi Bəna deyib ki, son bir gün ərzində 24 nəfər xəsəlikdən sağalaraq evə buraxılıb: “Son 24 saat ərzində xəstəliyə yoluxma səbəbilə tibb mərkəzlərinə müraciət edən 32 nəfərdən 19-u Ərdəbildə, 3-ü Parsabadda, 4-ü Müşkinşəhrdə, 3-ü Germidə, 3-ü isə Xalxal şəhərində xəstəxanalara yerləşdirilib. 


Hazırda isə Ərdəbil əyalətinin xəstəxanalarında 209 nəfər müalicəsini davam etdirir və təəssüflər olsun ki, onlardan 46 nəfərinin vəziyyəti ağırdır” –deyə, Ərdəbil Tibb Universiteti rektorunun müavini Məhəmmədrza Rzayi Bəna bildirib.


Qeyd edək ki, Güney Azərbaycanın Həmədan, eləcə də Şərqi və Qərbi Azərbaycan əyalətlərində son 24 saat ərzində koronanavirusla bağlı son vəziyyət barədə hər hansı bir məlumat yayılmayıb. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19