Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-14 15:09

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində 450 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Gunaz.tv Quote | Gunaz article

Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 199 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayı isə 923 nəfərə çatıb.

“İnfeksiyaya yoluxanlardan 117 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 29 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə açıqlamada bildirilib.

 

 

Zəncan əyalətində isə Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 10 min 498 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 19 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 4 nəfər isə bu xəstəlikdən dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 460 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 961 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 306 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.

 

 

Güney Azərbaycanın Ərdəbil əyalətində son bir sutka ərzində 42 yeni koronavirusa yoluxma halı aşkarlanıb, daha 4 nəfər xəstəlikdən vəfat edib.

Bu barədə məlumat yayan Ərdəbil Tibb Universiteti rektoru Şəhram Həbibzadə deyib ki, Ərdəbil əyalətinin xəstəxanalarında 216 nəfər müalicəsini davam etdirir. Onlardan 58 nəfərinin vəziyyəti ağırdır.

 

 

Həmədan əyalətində də COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 888 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 515 nəfərə çatıb.

 

 

Şərqi Azərbaycan əyalətində isə koronavirus infeksiyasına yoluxanların sayı 31 min nəfəri ötüb. Yoluxanlardan 4.5 faizi dünyasını dəyişib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14