Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-15 15:32

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində 97 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.

Gunaz.tv Quote | Gunaz article

Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri Cavad Ağazadənin verdiyi məlumata əsasən, əyalətdə daha 9 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib.

“İnfeksiyaya yoluxanlardan 123 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 30 nəfəri ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə Ağazadə bildirib.

 

 

Zəncan əyalətində isə Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 10 min 531 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 18 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 2 nəfər isə bu xəstəlikdən dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 462 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 989 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 297 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.

 

 

Güney Azərbaycanın Ərdəbil əyalətində son bir sutka ərzində 41 yeni koronavirusa yoluxma halı aşkarlanıb, daha 3 nəfər xəstəlikdən vəfat edib.

Bu barədə məlumat verən Ərdəbil Tibb Universiteti rektoru Şəhram Həbibzadə deyib ki, Ərdəbil əyalətinin xəstəxanalarında 225 nəfər müalicəsini davam etdirir. Onlardan 58 nəfərinin vəziyyəti ağırdır.

 

 

Həmədan əyalətində də COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 921 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 518 nəfərə çatıb.

 

 

Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, bu əyalətdə COVID-19 virusuna yoluxan 319 nəfər müalicəsini davam etdirir və onlardan vəziyyəti ağır olan 59 nəfəri reanimasiya şöbələrində saxlanılır.

O həmçinin keçən gün daha 65 nəfərin koronavirusa yoluxduğunu, 4 nəfərin isə bu xəstəlikdən öldüyünü bildirib.

 

 

Ü.F

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib

2020-09-18

gun az article

GünazTV Sep.17.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-18

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Qadın və Siyasət

2020-09-18

gun az article

Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb

2020-09-17

gun az article

Azərbaycanlı əkinçilər məhsullarını sata bilmir + GÖRÜNTÜ

2020-09-17

gun az article

İranın səhiyyə nazirliyi rəsmiləri yenidən Azərbaycanın adını təhrif edib

2020-09-17

gun az article

Təbriz bələdiyyəsinin məsuliyyətsizliyi uşağın ölümü ilə nəticələnib + VİDEO

2020-09-17

gun az article

Güney azərbaycanlı fəal Musa Ziya Gərgəri saxlanılıb

2020-09-17

gun az article

Güney azərbaycanlı milli fəal Həmid Mənafi Nadarlı müvəqqəti azadlığa buraxılıb

2020-09-17

gun az article

GünazTV Sep.16.2020: Ərəb ölkələrinin İsrailnən münasibətlərinin normallaşmasır

2020-09-17

gun az article

“Traxtur Azərbaycan” komandasının məşqçisi cəzalandırılıb

2020-09-16

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-16

gun az article

Muxtar İbrahimi Marağa zindanına köçürülüb

2020-09-16

gun az article

Ərk cəmiyyəti adı türkcə olduğu üçün şəxsiyyət vəsiqəsi ala bilməyən uşaqla bağlı beynəlxalq qurumlara müraciət edib

2020-09-16

gun az article

Güney azərbaycanlı milli fəal Behnam Şeyxi müvəqqəti azadlığa buraxılıb

2020-09-16

gun az article

GünazTV Sep.15.2020-Özümüz: Məhəmmədəli Şah və Məşrutə

2020-09-15

gun az article

GünazTV Sep.15.2020 -GÜNDƏM MASASI: Farsçı təşkilatlar və medianın siyasi çıxar əsasında təbliğatı

2020-09-15

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 345 nəfər ölüb

2020-09-15

gun az article

Həmədanda şəhərətrafı məhəllə sakinlərinin sayı sürətlə artır

2020-09-15