Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-24 17:31

Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik işləri üzrə müavini Əliyar Rastqunun verdiyi məlumata əsasən, əyalətdə koronavirus infeksiyasına yoluxanların sayı 34 min 681  nəfərə çatıb.

Gunaz.tv Quote | Gunaz article

Hazırda koronavirusa yoluxan 984 nəfərin müalicəsi xəstəxanalarda davam edir deyən Rastqu əlavə edib ki, Şərqi Azərbaycanda COVID-19 qurbanlarının sayı 1583 nəfərə çatıb.

 

 

Qərbi Azərbaycan əyalətində isə hazırda 687 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 284 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

“İnfeksiyaya yoluxanlardan 146 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 46 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” - deyə açıqlamada bildirilib.

Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayı isə 983 nəfərə çatıb.

 

 

Zəncan əyalətində də Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 11 min 85 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 20 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 nəfər isə bu xəstəlikdən dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 485 nəfərə çatıb.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 362 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.

 

 

Güney Azərbaycanın Ərdəbil əyalətində son bir sutka ərzində 40 yeni koronavirusa yoluxma halı aşkarlanıb, daha 7 nəfər xəstəlikdən vəfat edib. Beləliklə Ərdəbildə koronavirus qurbanlarının ümumi sayı 635 nəfərə çatıb.

Bu barədə məlumat verən Ərdəbil Tibb Universiteti rektoru Şəhram Həbibzadə deyib ki, Ərdəbil əyalətinin xəstəxanalarında 235 nəfər müalicəsini davam etdirir. Onlardan 53 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

 

 

Həmədan əyalətində də COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 4 min 169 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 558 nəfərə çatıb.

 

 

Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, bu əyalətdə də COVID-19 virusuna yoluxan 303 nəfər müalicəsini davam etdirir.

Qəzvində son bir gündə daha 60 nəfərdə koronavirus infeksiyası aşkar edilib, 6 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.06.2021-Sözümüz: Fuzuli

2021-05-07

gun az article

GünazTV May.06.2021- Düşünməyə Çağırı: Milli Ruh və Bütöv Azərbaycan

2021-05-06

gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06

gun az article

GünazTV May.05.2021-Görüş: Rusiyanın bərcamı müxalifət etmək səbəbləri, İranın Azərbaycanda yeni fitnəsi

2021-05-06

gun az article

Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağırıldı

2021-05-05

gun az article

Güneydə məktəblilərin etiraz aksiyaları genişləndi- Narazılara Zəngan və Ərdəbil şagirdləri də qoşuldu-VİDEO

2021-05-05

gun az article

Təbriz-Urmu yolunda ağır qəza: Ölən və yaralananlar var

2021-05-05

gun az article

Məktəblilər Təbrizdə etiraz aksiyası keçirib

2021-05-05

gun az article

İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05

gun az article

Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05

gun az article

Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05

gun az article

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

2021-05-05

gun az article

Koronavirus gündəmi: Qərbi Azərbaycanda yoluxma sayı kəskin artdı

2021-05-05

gun az article

“Traxtur”un qolu Çempionlar Liqasının ən yaxşıları siyahısında-VİDEO

2021-05-05

gun az article

GünazTV May.04.2021-Özümüz: Sumərlər və Urartular

2021-05-05

gun az article

GünazTV May.04.2021-GÜNDƏM MASASI: Nədən Farsçılar Türk dilinə ləhcə deyir?

2021-05-05

gun az article

"Oyan, Azərbaycan": Təbrizdə küçələrə azadlıq şüarları yazıldı

2021-05-04