Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-10-05 16:10

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində hazırda 883 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Gunaz.tv Quote | Gunaz article

Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 375 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

“İnfeksiyaya yoluxanlardan 178 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 47 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya aparatına bağlıdır,” - deyə açıqlamada bildirilib.

Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayı isə 1114 nəfərə çatıb.

 

 

Zəncan əyalətində də Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 11 min 732 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 17 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 nəfər isə bu xəstəlikdən dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 525 nəfərə çatıb.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 393 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.

 

 

Güney Azərbaycanın Ərdəbil əyalətində son bir sutka ərzində 43 yeni koronavirusa yoluxma halı aşkarlanıb.

Bu barədə məlumat verən Ərdəbil Tibb Universiteti rektoru Şəhram Həbibzadə deyib ki, Ərdəbil əyalətinin xəstəxanalarında 237 nəfər müalicəsini davam etdirir. Onlardan 51 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Həbibzadənin verdiyi məlumata əsasən, əyalətdə koronavirusa yoluxanların ümumi sayı 7 min 954 nəfərə, koronavirusdan ölənlərin sayı isə 662 nəfərə çatıb.

 

 

Qəzvin Tibb Universitetinin rektor müavini Cəlal Rəhmaninin verdiyi məlumata əsasən, bu əyalətdə də COVID-19 virusuna yoluxan 321 nəfər müalicəsini davam etdirir. Onlardan 95 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib.

Qəzvində son bir gündə daha 45 nəfərdə koronavirus infeksiyası aşkar edilib, 2 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

 

 

Həmədan əyalətində də COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 4 min 667 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 625 nəfərə çatıb.

 

 

Ü.F.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.06.2021-Sözümüz: Fuzuli

2021-05-07

gun az article

GünazTV May.06.2021- Düşünməyə Çağırı: Milli Ruh və Bütöv Azərbaycan

2021-05-06

gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06

gun az article

GünazTV May.05.2021-Görüş: Rusiyanın bərcamı müxalifət etmək səbəbləri, İranın Azərbaycanda yeni fitnəsi

2021-05-06

gun az article

Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağırıldı

2021-05-05

gun az article

Güneydə məktəblilərin etiraz aksiyaları genişləndi- Narazılara Zəngan və Ərdəbil şagirdləri də qoşuldu-VİDEO

2021-05-05

gun az article

Təbriz-Urmu yolunda ağır qəza: Ölən və yaralananlar var

2021-05-05

gun az article

Məktəblilər Təbrizdə etiraz aksiyası keçirib

2021-05-05

gun az article

İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05

gun az article

Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05

gun az article

Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05

gun az article

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

2021-05-05

gun az article

Koronavirus gündəmi: Qərbi Azərbaycanda yoluxma sayı kəskin artdı

2021-05-05

gun az article

“Traxtur”un qolu Çempionlar Liqasının ən yaxşıları siyahısında-VİDEO

2021-05-05

gun az article

GünazTV May.04.2021-Özümüz: Sumərlər və Urartular

2021-05-05

gun az article

GünazTV May.04.2021-GÜNDƏM MASASI: Nədən Farsçılar Türk dilinə ləhcə deyir?

2021-05-05

gun az article

"Oyan, Azərbaycan": Təbrizdə küçələrə azadlıq şüarları yazıldı

2021-05-04