Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb

2020-08-31 11:29

Güney Azərbaycanın bir neçə əyalətində koronavirusla bağlı son vəziyyət barədə məlumat yayılıb.

Gunaz.tv Quote | Gunaz article

Qəzvin əyalətində son bir sutka ərzində daha 5 nəfər koronavirusdan vəfat edib. Bu barədə avqustun 31-də məlumat yayan Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdar deyib ki, hazırda əyalətin müxtəlif xəstəxanalarında xəstəliyə yoluxan 286 nəfər müalicəsini davam etdirir və onlardan vəziyyəti ağır olan 59 nəfəri reanimasiya şöbələrində saxlanılır. 


Zəncan əyalətinin Tibb Universitetinin rektoru Pərviz Qızılbaş isə avqustun 30-u axşam saatlarında mediaya açıqlamasında əyalətdə son bir gün ərzində daha 6 nəfərin pandemiya xəstəliyinə yoluxmasından xəbər verib. 


Qızılbaşın sözlərinə görə, Zəncan əyalətində bu günə qədər 3 227 nəfərdən koronavirus üçün götürülən test nümunələrinin cavabı müsbət çıxıb: “Hazırda xəstəliyə yoluxan 279 nəfər xəstəxanalarda müalicəsini davam etdirir. Həmçinin ötən bir gündə daha 1 nəfər xəstəlikdən vəfat edib və bununla da indiyədək Zəncan əyalətində koronavirusdan ölənlərin ümumi sayı 431 nəfərə çatıb. Bundan başqa, bu günə qədər 2 735 nəfər xəstəlikdən sağalaraq evə buraxılıb” –deyə, Pərviz Qızılbaş əlavə edib. 


Ərdəbil əyalətində isə son 24 saat ərzində koronavirusa yoluxan daha 37 nəfər xəstəxanalara yerləşdirilib.


Bu barədə avqustun 31-də məlumat yayan Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin dediyinə görə, həmin xəstələrdən 19-u Ərdəbil şəhərində, 11-i Parsabadda, 2-si Germidə, 1-i isə Xalxalda xəstəxanaya yerləşdirilib. Rektorun bildirdiyinə görə, dünəndən bu günə qədər Ərdəbil əyalətində daha 1 nəfər xəstəlikdən vəfat edib, 25 nəfər isə infeksiyadan tam sağalaraq evə buraxılıb. 


Şəhram Həbibzadənin sözlərinə görə hazırda Ərdəbil əyalətində pandemiya xəstəliyinə yoluxma səbəbilə 213 nəfər xəstəxanalarda müalicəsini davam etdirir və onlardan vəziyyəti ağır olan 55 nəfər reanimasiya şöbələrində saxlanılır.


Güney Azərbaycanın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Həmədan  əyalətlərində isə koronavirus pandemiyası ilə bağlı son 24 saat ərzindəki vəziyyət barədə hər hansı bir məlumat yayılmayıb. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19