SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli Azadlıq Cəbhsinə üzv olmaq şəraiti və üzvlük kartı almaq barədə bu “VİDEO”nu izləyə bilərsiniz

2021.10.20, 07:36
Güney Azərbaycan Milli Azadlıq Cəbhsinə üzv olmaq şəraiti və üzvlük kartı almaq barədə bu “VİDEO”nu izləyə bilərsiniz

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) idarə heyətinin üzvü, GünAz TV-nin qurucusu və rəhbəri təmsil etdiyi GAMAC təşkilatının nizamnaməsi və təşkilata üzv olmaq barədə geniş məlumat verib.

 

O mövzu ilə bağlı ötən cümə günü Güney Azərbaycan televiziyasında çıxış edib.

 

Əhməd Obalı çıxışının Milli Cəbhəyə ayrıldığı hissədə təşkilata üzv olmaq və üzvlük kartının verilməsinə işarə edib.

 

“18 yaşına çatan hər bir güney azərbaycanlı GAMAC-ın nizamnaməsini qəbul etdiyi və fəaliyyət göstərmək imkanına malik olduğu təqdirdə təşkilata üzv ola bilər. Lakin təhlükəsizlik məsələləri ilə əlaqədar GAMAC-ın Güney Azərbaycan və İran adlanan ölkədə heç bir üzvü və ya rəsmi nümayəndəsi olmayacaq. Buna baxamayaraq İranda yaşayanlar təşkilatla əlaqə saxlayıb ona dəstək olduqlarını elan edə bilərlər. Azərbaycan Respublikası və digər ölkələrdə yaşayan azərbaycanlılar isə GAMAC-a dəstək verib, onun nizamnaməsinə uyğun təşkilatla əməkdaşlıq edə bilər, lakin onlar rəsmi olaraq təşkilata üzv ola bilməz.”- deyə o söhbətinin bir hissəsində qeyd edib.

 

GAMAC təmsilçisi üzvlüklə bağlı müraciətə mərkəzi komitənin baxdığını qeyd edərək üzvlüyün gizli və açıq şəkildə olduğunu diqqətə çatdırıb.

 

Əhməd Obalının bu barədə geniş açıqlamasını aşağıdakı Videodan olduğu kimi izləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=1455&v=SK0H7rXJv6w&feature=emb_logo

 

GAMAC-ın nizamnaməsi barədə ətraflı məlumat almaq üçün bu LİNK-i tıklayın.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar