SON XƏBƏRLƏR

Güney Azərbaycan milli Hərəkatının bayrağı Culfa şəhərinin müxtəlif məntəqələrində dalğalandırılıb - GÖRÜNTÜ

2021.10.20, 07:36
Güney Azərbaycan milli Hərəkatının bayrağı Culfa şəhərinin müxtəlif məntəqələrində dalğalandırılıb - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Milli Hərəkatının bayrağı Culfa və Ələmdar-Gərgər şəhərlərinin müxtəlif məntəqələrində dalğalandırılıb.

 

Məlumata görə, Milli Hərəkatın vahid mübarizə bayrağı milli-mədəni fəallar tərəfindən müxtəlif yerlərdən asılıb.

 

Şəhər əhalisi Culfanın Abbas Mirzə meydanı, Ələmdar-Gərgər Bələdiyyə İdarəsinin binası, məktəb binaları, yollar və s. kimi yerlərdə Milli Hərəkatın bayrağının dalğalanmasını müşahidə ediblər.

 

Bayraqların asıldığı yerlərdən Güney Azərbaycan televiziyasına (GünAz TV) görüntülər göndərilib.

 

İyulun 3-də isə bir qrup azərbaycanlı milli-mədəni fəal 2006-cı il may hadisələrində Sulduzda şəhid olmuş soydaşlarımızın dəfn olunduğu qəbiristanlığa gedərək Milli Hərəkatın bayrağını şəhidlərin məzarı üstünə çəkiblər.

 

Fəallar ötən günlərdə sözügedən bayrağı Qəzvin şəhərinin “Qədim Tehran Darvazası”nın divarından da asmışdılar.

 

Culfa və Ələmdar-Gərgərdə dalğalandırılan bayraqların görüntüsü:

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar