SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli Hərəkatının mövqeyinə zidd olan çıxışlarla bağlı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin ETİRAZ BƏYANATI

2021.10.20, 07:36
Güney Azərbaycan Milli Hərəkatının mövqeyinə zidd olan çıxışlarla bağlı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin ETİRAZ BƏYANATI

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Güney Azərbaycan Milli Hərəkatının mövqeyinə zidd olaraq Azərbaycan Respublikasının prezidentinə qarşı edilən müəyyən çıxışlarla bağlı etiraz bəyanatı yayıb.

 

Bəyanatda deyilir:

“İran adlanan ölkədə farsçılıq əsasında yürüdülən istismarçı siyasətə qarşı mübarizə aparan Güney Azərbaycan Milli Azadlıq Hərəkatına mənsub sorumlu təşkilatların əsas hədəfi, Güney Azərbaycanda yaşayan Azərbaycan Türklərinin milli və mədəni hüquqlarının əldə olunmasına nail olmaqdır.

 

Çox təəssüf ki, Güney Azərbaycan milli hərəkatında fəaliyyət göstərən bəzi şəxs və ya təşkilatlar Güney Azərbaycanın qurtuluş mücadiləsi çərçivəsindən çıxaraq, Azərbaycanın əsas düşmənlərinin istismarçı, qeyri-insani siyasətlərinə qarşı mübarizə əvəzinə, sosial şəbəkələrdə Azərbaycan dövlətini təmsil edən Azərbaycan Respublikasının prezidentinə qarşı qeyri-etik çıxışlar edir, dövlətçilik dəyərlərinə qarşı təhqir, böhtan və aşağılaycı ifadələrdən istifadə edərək Azərbaycan düşmənlərinin dərmanına su tökürlər.

 

Azərbaycan Respublikasının varlığı, onun dövlət müstəqilliyi və həmçinin dövlətçilik meyarları Güneydə yaşayan Azərbaycan türkləri üçün mənəvi dəyərdir. Güney Azərbaycan Milli Azadıq Hərəkatında da bu prinsipial mövqe toxunulmaz mövqe olaraq qorunur. Həmçinin, Güney Azərbaycana mənsub təşkilatlar Azərbaycanın dövlət müstəqilliyinin güclənməsi yönündə ölkə daxilində cərəyan edən ictimai-siyasi proseslərə qarşı tərəfsiz mövqedədir.

 

Son günlərdə Güney Azərbaycan təşkilatına mənsub bir şəxsin sosial şəbəkələrdə Azərbaycan dövlətinin təmsilçisi Azərbaycan Respublikasının Prezidentinə qarşı qeyri-etik, nəzakətsiz çıxışı dövlətçiliyimizin təhqir olunması, eyni zamanda Güney Azərbaycan Milli Hərəkatının tutduğu mövqeyə zidd davranışdır.

 

GAMAC olaraq bəyan edirik ki, Güney Azərbaycanın qurtuluş mücadiləsi çərçivəsində ictimai-siyasi mövqeyindən asılı olmayaraq hər hansı şəxsin öz şəxsi mülahizələrinə görə olsa belə, Azərbaycan dövlətçiliyini təmsil edən prezidentə qarşı təhqir, böhtan və aşağılayıcı ifadələrinə qarşıyıq. Bildiririk ki, biz GAMAC olaraq bunu milli hərəkatımızın maraqlarına zidd davranış kimi dəyərləndiririk və kəskin şəkildə qınayırıq.

 

Azərbaycanın müstəqilliyi bizim üçün mənəvi dəyərdir. İctimai-siyasi mövqeyindən, təşkilatı mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı bu dövlətin varlığına və atributlarına sayğı ilə yanaşmalıdır.

 

GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİ 30.07.2019”

 

 N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar