SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisaninin tərcümeyi-halı barədə qısa FİLM

2021.10.20, 07:36
Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisaninin tərcümeyi-halı barədə qısa FİLM

Gunaz.tv

GünAz TV: Yanvarın 15-dən Ərdəbil zindanında saxlanılan Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisaninin tərcümeyi-halı barədə qısa film hazırlanıb.

 

Filmdə fəalın həyatı və ictimai-mədəni fəaliyyətinin bir hissəsi işıqlandırılıb. Fars dilində altyazı ilə təqdim olunan filmdə Abbas Lisaninin yaşadığı şəhər, milli-mədəni fəallar arasında əlaqələndirici rolu və nüfuzu, çıxışları, məqalə, şeir və əlyazmaları, məhkəməyə türk dilində təqdim etdiyi müdafiə mətnləri, Ona və ailə üzvlərinə edilən təzyiqlər, həbsxanalarda keçirdiyi aclıq aksiyaları və s. kimi məsələlərə işarə edilib. Qeyd olunub ki, Abbas Lisani mübarizənin mədəni və şəffaf şəkildə aparılmasını Milli Hərəkatın qələbəsinin rəmzi olduğunu bildirib, bunu təhlükəsizlik orqanlarının kabusu adlandırıb.

 

https://www.youtube.com/watch?time_continue=54&v=2NP201F-J0w

 

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Sonralar onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum oldu. O 6 aydan çoxdur ki, Ərdəbil zindanında saxlanılır. Soydaşlarımız bu müddətdə fəalın azadlığa buraxılmasını tələb edən bir çox tədbirlər həyata keçirib.

 

Abbas Lisani iddianamədə qeyd olunan ittihamlardan bəraət qazandığı halda, ötən günlərdə Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib.

Tanınmış fəalın məhkəmə prosesi zamanı elan olunmayan “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamla həbs və sürgünə məhkum edilməsi hər kəsi təəccübləndirib.

 

Abbas Iisani 20 ildən çoxdur ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. O bu müddətdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, işgəncə edilib, uzun illər həbs olunub və müxtəlif təzyiqlərlə üzləşib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar