SON XƏBƏRLƏR

Güney Azərbaycan milli Simgəsi !

2021.10.20, 07:36
Güney Azərbaycan milli Simgəsi !

Gunaz.tv
Güney Azərbaycan milli Simgəsi ! Güney Azərbaycan milli simgəsi təklifi daxildə fəaliyət göstərən bir qrup milli gənclərimizin tərəfindən ortaya çıxdıqdan sonra çeşitli dartışma və yazışmalara səbəb olmuşdur. Bölünmədən, özəlliklə Türkçü və milli təfəkkürlülərin parçalanmasından diskinən bəzi dostlarımızın çəkingənliyinə baxmıyaraq bu müzakirələr “ Azərbaycan Türk Millətinin “ böyük siyasi inkişafından xəbər verməkdədir. Öz daxilimizdə demokrasi sinavına çevrilən bu təklifi verənlerə birdə ona görə borcluyuk ki, çağdaş milli hərəkatımızın geçmişini, bugününü və gələcəyinin siyasi təhlilini düzgün tərəzidə ölçərək irəliyə doğru böyük bir addım atmışlar. Bu təklif ətrafında mübahisələr o qədər demokratik, titizlik və milli mənafemizi qoruyacaq biçimdə getdi ki, hər fürsətdən ara qarışdırmaq məqsədi ilə suistifadə etməyə çalışan düşmənin görünmüyən əlləri çaş-baş qaldılar. Bir milli təşkilatımızın adını oğurluyaraq təklif edilən qara ay- ulduzlu simgəni o təşkilatın bayraq təklifi kimi göstərməyə çalışan bildiriş və birdə simgə ilə bayrağı qarışdırmaq istəyən bir- iki yaramaz yazıdan başqa heç bir axsaqlıq yaranmadı. Demokrasi yoxlamasından başarılı çıxan millətimizi təbrik edərək bir daha vurqulamaq istərdim ki” bütün dərdlərin dərmani demokrasidədir”. Demokrasidən danışarkən bütün müsbət tənqidi fikirlərin azad və üşənmədən ortaya atılmasının vacibliyini və bir birimizə hörmətlə yanaşaraq xətalarımızın sənədləlrlə ortaya qoyulmasını onun bir ayağı kimi qəbul etmək gərəkir. Bu arada bu müzakirələrdəki tənqidlərin azərbaycanlıların ədəb və nəzakətinə yaxışar biçimdə getməsi, başqalarının əleyhinə şayiə, şantaj və qarayaxma çirkinliyindən qurtulacağımızın muşduluqçusu olduğumu vurqulamaq gərəkməkdədir. Mübahisələrdən anlaşıldığı kimi təqribən heç bir şəxs vəya qrup vəya təşkilat bugünkü ortamda güney Azərbaycana milli simgə, bir daha tikrar edirəm “ milli simgə” yaranması ilə müxalif olmamışdır. Bu dartışma və müzakirələri bir koordinasyon səhifəsində yerləşdirib, ondan qızıl xətti çıxararaq nəzər və səs vermək hər bir güneylinin haqqı və eyni halda borcudur. Güneydə fəaliyət göstərən dəyərli bir qrupun bir fərdindən aldığım şəxsi məktubda bu ağır şəraitdə açıq məktub yazamadıqlarından üzülərək ay-ulduzun Türk rəngi olan mavi boyanmasına müsbət baxdıqlarını vurqulamaq istərdim. Bu dəyərli şəxsiyətimizin təklifi beyin yarqanlarımda bir qıvrılma yaratsada seçdiyim qızıl xəttin fayadalarından vaz geçəmədim. Ona görə, bütün amil və etkənləri nəzərdə alaraq güney Azərbaycan üçün simgə teklifini irəli sürən dəyərli cavanlarımızın önəri və açıqlamalarını yetərli və müsbət dəyərləndirərək onun faydalı olacağına inanıram. Bu vəsilə ilə, yaxından tanımadığım ancaq yazı və fikirlərindən hər zaman faydalandığım dəyərli yazarımız sayın Aydın bəy Təbrizlinin seçgi sorqusuna münasibət bildirmək üçün bəyan edirəm ki, mən “qara ay – ulduzlu simgəyə” səs verirəm. Yaşasın Azərbaycan – tanrı Türkü qorusun. Dərin saygılarımla : Böyük Rəsuloğlu 25.07.2008

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar