Güney Azərbaycan şəhərlərində kürd terroru qurbanı olanların xatirəsinə şam yandırılıb- FOTO, VİDEO

2020-10-12 13:45

Güney Azərbaycan milləti Qərbi Azərbaycanda kürd terrorunun qurbanı olmuş azərbaycanlıların əziz xatirəsinə şam yandırıblar.

Gunaz.tv Quote | Gunaz article

Bununla da onlar İran rejiminin kürd qaçaqçıları və terror qruplaşmaları tərəfindən öldürülmüş güney azərbaycanlılarla bağlı xəbərlərə senzura (sansur) tətbiq etməsinə etiraz ediblər. 


Bu barədə dünən güney azərbaycanlılar sosial şəbəkələrdə olan hesablarından çağırış ünvanlayıblar. Onlar güney azərbaycanlılardan şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq şam yandırmaqla, güney azərbaycanlı türk əsgərlərin kürd qaçaqmalçıları və terror qruplaşmaları tərəfindən şəhid edilməsinə və onların şəhadəti ilə bağlı xəbərlərin istər daxili, istərsə də xarici farsdilli mediada verilməməsinə etiraz etmələrini istəyiblər. 


Bundan sonra güney azərbaycanlılar Təbriz, Əhər, Şəbüstər, Parsabad, Qəzvin, Urmu (Urmiya), Xoy, Qoşaçay və digər şəhərlərdə bu çağırışa qoşularaq, şam yandırmaqla kürd terrorçuları və qaçaqmalçıları tərəfindən öldürülmüş güney azərbaycanlı türk şəhidlərin əziz xatirəsini anıblar.

 


Güney azərbaycanlılar, həmçinin sosial şəbəkələrdə yazdıqları postlarda farsdilli medianın kürd terroçuları və qaçaqmalçılarına "yük daşıyan" və "kürd siyasi fəal" kimi saxta adlarla dəstək göstərməsini kəskin tənqid ediblər. 


Xatırladaq ki, oktyabrın 9-da Əhərdən olan azərbaycanlı əsgər Sasan Əmirxani Sərdəşt (Sarı Daş) sərhəd bölgəsində silahlı kürd qaçaqmalçıları tərəfindən şəhid edilib. Eyni gündə Parsabaddan olan digər azərbaycanlı əsgər Əli Bayrami isə eyni bölgədə kürdlərin "PJAK" terror təşkilatı tərəfindən şəhid edilib. 


Öncə Tehran rejiminin məsulları və mediası hər iki azərbaycanlının şəhadəti ilə bağlı xəbərlərə senzura tətbiq etmişdilər. Lakin Güney Azərbaycan mediasının bu barədə davamlı olaraq məlumatlar yaymasından sonra İran rejiminin məsulları uzun müddət təxirdən sonra bu xəbərləri rəsmi formada təsdiqləməyə məcbur qaldılar. 


Bu günə qədər yüzlərlə günahsız güney azərbaycanlıların kürd terrorçuları tərəfindən öldürülməsinə baxmayaraq, İranın rəsmiləri və media orqanları bu terror qruplaşmalarının adlarını çəkməməyə çalışırlar. 

 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22

gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22

gun az article

Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

2020-10-22

gun az article

Milli fəallar Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar

2020-10-22

gun az article

İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş etirazlarda tutulan xanımlardan bəzilərinin adları məlum olub

2020-10-22

gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21