SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində milli hərəkat fəallarının azadlığa buraxılmasını tələb edən posterlər yayılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Güney Azərbaycan şəhərlərində milli hərəkat fəallarının azadlığa buraxılmasını tələb edən posterlər yayılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz və Urmiyə şəhərlərində, həbsdə olan Azərbaycan Milli Hərəkatı fəallarının azadlığa buraxılmasını tələb edən posterlər yayılıb.

 

Fəalar tərəfindən hazırlanan posterlər şəhər əhalisi arasında paylanılıb, onlardan bir çoxu isə divarlara yapışdırılıb.

 

Posterlərdə hazırda İran zindanlarında məhbus həyatı yaşayan İbrahim Nuri, Siyamək Mirzayi, Lətif Həsəni, Camal Musəvi, Əmir Səttari və Əmin Zendedelin şəkilləri əks olunub və onların azadlığını tələb edən şüarlar yazılıb.

 

Fəallar Güney Azərbaycanın müxtəlif şəhərlərində divar yazmaq, poster yapışdırmaq, plakat qaldırmaq və s. kimi yollarla həbs edilən azərbaycanlı fəalların sərbəst buraxılmasını vaxtaşırı tələb edirlər. Son vaxtlar milli hərəkat fəallarının qanunsuz həbs edilməsinə qarşı etirazların artdığı müşahidə olunur.

 

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar