Güney Azərbaycan şəhərlərini etiraz aksiyaları bürüdü: Boykot və istefa şüarları səsləndi-VİDEOLAR+FOTO

2021-04-12 10:42

Güney Azərbaycanın bir neçə şəhərində təqaüdçülər etiraz aksiyaları keçirib.

Gunaz.tv Quote | Gunaz article

Təbriz, Ərdəbil, Qəzvin, Zəngan, Ərak, Tehran və Kərəcdə keçirilən etiraz aksiyaları zamanı təqaüdçülər şəhər və kənd şuralarına keçirəcək seçkiləri, o cümlədən prezident seçkilərini boykota çağırış edilib. 

Aksiyada hökumətin pensiyaların qaldırılması ilə bağlı verdiyi vədlərin yerinə yetirməməsinə etiraz edilib.  

 

Pensiyaların artırılması, təqaüdlərin bərabərləşdirilməsi, bununla bağlı qanunun və yetərli sığorta təminatının tətbiq olunması tələb edilib.

Dünən, aprel ayının 11-I, saat 10:30-da başlayan aksiyada Təbriz şəhərinin narazı təqaüdçüləri Sosial Təminat Baş İdarəsinin qarşısında toplaşıb. 

 

Yerdə boş süfrə açan narazılar bununla bu qurumun siyasətinə kəskin etiraz edib. Qeyd ediblər ki, bu qurumun siyasəti nəticəsində təqaüdçülərin süfrələri boş qalıb. 
Narazılar Əmək, Sosial Müdafiə və Kooperativ nazirinin istefasını tələb edib.

Etirazçılar hökumətin onların problemlərinin həlli ilə bağlı verdiyi vədlərin hamısının yalan çıxdığını bildiriblər. 

 

“Seçkilərdə iştiraka yox” şüarı səsləndirən narazılar seçiləcək yeni prezidentin də onların problemlərinin həlli ilə bağlı addım atacağına inanmadıqlarını bildiriblər. Bu baxımdan onlar seçkilərdə iştirakın mənasız olduğunu vurğulayıblar. 

Təqaüdçülərin etirazları Təbrizin İran parlamentindəki nümayəndələrindən biri Ruhullah Mütəfəkkir Azadı  işə qarışmağa vadar edib. Millət vəkili Sosial Müdafiə Təşkilatının sədr müavini ilə əlaqə saxlayıb, narazıların problemləri ilə maraqlanıb.

 

“Təşkilat problemlərin texniki xarakter daşıdığını və qısa zamanda həll olunacağını bildirdi”-deyə, millət vəkili telefon danışığından sonra təqaüdçülərə bildirib.

Verilən vədlərə inanmayan Təbriz təqaüdçülərinin bir qrupu Sosial Təminat Baş İdarəsinin binasına daxil olaraq oturaq aksiyaya başlayıb və "Bizim düşmənimiz buradadır, yalan deyirlər Amerikadır", "ölərik haqqımızdan keçmərik" və b. şüarlar səsləndiriblər.
 

Qeyd edək ki, etiraz aksiyaları Güney Azərbaycan və İranın 15 şəhərində eyni vaxtda və eyni tələblərlə həyata keçirilib.


C.E

تجمع مستمری‌بگیران تأمین اجتماعی استان زنجان | خبرگزاری ایلنا

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16

gun az article

Ərdəbildə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib

2021-09-16