Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları keçirilib-FOTOLAR

2021-04-05 10:35

Güney Azərbaycanda təqaüdçülər etiraz aksiyalarına başlayıb.  

Gunaz.tv Quote | Gunaz article

Məlumata görə, təqaüdçülər və Sosial Təminat Təşkilatından yardım alanlar aprelin 4-ü, bazar günü  ən azı 15 şəhərdə etiraz aksiyası keçiriblər. 
Onlar tələblərinin yerinə yetirilməməsinə etiraz edirlər.  

Təbriz, Ərdəbil, Ərak, Tehran, Kərəc, Xürrəmabad və doqquz başqa şəhərdə aksiyalar eyni tələblərlə həyata keçirilib.

Təqaüdçülər pensiya səviyyəsinin artırılmasını, təqaüdlərin bərabərləşdirilməsini, bununla bağlı qanunun və yetərli sığorta təminatının tətbiq olunmasını tələb edirlər.

Etirazçılar yoxsulluq həddinin 10 milyon tümən olduğu halda 4 milyon tümənlik təqaüdün yetərsiz olduğunu bildirib, sosial təminat ilə əhatə olunan təqaüdçülərin, əlillərin və müharibə yaralılarının hüquqlarının bərabərləşdirilməsini tələb ediblər. 

Həmçinin dövlət və hərbi təqaüdçülərlə sosial təminat təqaüdçüləri arasında ayrıseçkiliyin aradan qaldırılması, müalicə qanununun tətbiqinin qətiləşdirilməsi və əlavə sığortanın ləğv edilməsi də tələb olunur.

Qeyd edək ki, yeni ildə təqaüdçülər eyni istəklərlə dəfələrlə etiraz aksiyası keçiriblər. 

Bundan öncə Təbriz, Həmədan və Qəzvin şəhərlərində Sosial Müdafiə İdarələrinin önündə toplaşan təqaüdçülər əllərində üzərində “maaşımız rial (İranın pul vahidi) ilə, xərclərimiz dollar ilə, hesabat ver, Ruhani (İran prezidenti)” yazılmış plakatlar qaldırmışdılar.


C.E
 

تجمع بازنشسته‌های کارگری در سراسر کشور؛ خط فقر ۹ میلیون، حقوق ما زیر ۳ میلیون

 

گزارشی از حداقل ۳۱ تجمع اعتراضی در شهرهای مختلف ایران - ایران کارگر

تجمع سراسری بازنشستگان در 11 شهر ایران/اعتراض به وضعیت معیشتی و عملکرد دولت  و رییس سازمان تامین اجتماعی

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbil əhalisi sürətlə qocalır:Əyalətdə doğum faizi aşağı düşüb

2021-04-17

gun az article

Güney Azərbaycanda "yaşıl soyqırım": Nadir ağaclar məhv edilir-VİDEO

2021-04-17

gun az article

“Şəhid qəlbi-lalələr”: Aygün Muradxanlının Qarabağdan Güney nisgilli VİDEO-REPORTAJI

2021-04-17

gun az article

Şərqi Azərbaycanın 63 yaşlı qubernatoru koronavirusa yoluxdu

2021-04-17

gun az article

Ərdəbildə zəlzələ baş verdi

2021-04-17

gun az article

İran-Çin anlaşması: "Acı nəticələrini yaxın gələcəkdə görəcəyik"-Sadiq İsabəyli

2021-04-17

gun az article

Təhlükəsizlik məmurları tərəfindən oğurlanan milli fəal Qasım Mahmudiyə işgəncə verilib-FOTOLAR

2021-04-17

gun az article

Urmu gölünün "faciəsi" "Google"da: 40 illik quruma prosesi belə təsvir edilib-VİDEO

2021-04-17

gun az article

GünazTV April.16.2021: Körpü: Sulduz Qətliamının İldönümü və Batı Azərbaycan'da İran'ın Terör Siyasəti

2021-04-17

gun az article

GünazTV April.16.2021-Azadlıq səsi: İranda vətəndaşların seçkilərə qatılmaması və rejimin planları

2021-04-17

gun az article

Korrupsioner məmurları ifşa edən zənganlı jurnalist cəzalandırıldı-FOTO

2021-04-16

gun az article

İran hökumətindən irqçi layihə: Uşaqlara 4 yaşından fars dili öyrədiləcək

2021-04-16

gun az article

"Xudafərindən yayınlanan veriliş Güneydə maraqla qarşılanacaq"-Rəy-VİDEO

2021-04-16

gun az article

Qəzvinli şahmatçı Abtin Ataxan beynəlxalq dərəcəli usta adını ala blər

2021-04-16

gun az article

İran ziyalıları rejimə qarşı: “Hakimiyyət özünü qorumaq üçün İranı məhvə sürükləyir”-Sədrəddin Soltan

2021-04-16

gun az article

Soyuqbulaqda narkotik əməliyyatı: Külli miqdarda psixiatrik maddə aşkar edildi

2021-04-16

gun az article

Qərbi Azərbaycanda təhsil problemi: Məktəblilərin əksəriyyəti onlayn dərsə girə bilmir

2021-04-16

gun az article

GünazTV April.15.2021-Sözümüz: İran və Turan Şahnamədə

2021-04-16

gun az article

GünazTV April.15.2021- Düşünməyə Çağırı: Tarixi Qəhrəmanlarımız Məsələsi

2021-04-16

gun az article

Güney Azərbaycanlı gənc alim Aydın Muradxani müvəqqəti azadlığa buraxılıb

2021-04-15