SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində yeni etiraz dalğası: Təbrizdə Qasim Süleymaninin portretini cırdılar- VİDEO

2021.10.20, 07:36
Güney Azərbaycan şəhərlərində yeni etiraz dalğası: Təbrizdə Qasim Süleymaninin portretini cırdılar- VİDEO

Gunaz.tv

GünAz TV: Yanvarın 11-də Tehran, Şiraz, Urmiya, İsfahan, Babil, Sari, Rəşt, Həmədan, Kirman və daha bir neçə şəhərdə keçirilən etiraz aksiyaları bazar günü də davam etdirilib.

 

İran rəsmilərinin Ukraynanın sərnişin təyyarəsinin raketlə vurulması ilə bağlı həqiqəti üç gün inkar etməsinə etiraz olaraq başlayan aksiyalar Güney Azərbaycanın Təbriz, Urmiya, Zəncan, Qəzvin və s. kimi şəhərlərində də müşahidə olunub.

 

Təbrizdə bazar günü axşam saatlarında keçirilən etirazlarda ötən günlərdə Bağdadda zərərsizləşdirilən “Sepah” terror qruplaşmasının “Qüds” briqadasının komandanı Qasim Süleymaninin portreti etirazçılar tərəfindən cırılaraq ayaqlar altına atılıb.

 

https://www.youtube.com/watch?time_continue=3&v=lzzosp8FPLA&feature=emb_logo

 

Təbrizdə güney azərbaycanlı öyrəncilər gur səslə İranın dini lideri Əli Xamneyiyə qarşı şüarlar da səsləndiriblər. Onlar “Öyrənci ölər, zilləti qəbul etməz” və “Zalimə ölüm olsun – Şah olsun və ya rəhbər!” kimi şüarlar səsləndirib.

 

https://www.youtube.com/watch?time_continue=6&v=u1pKd5X_4vQ&feature=emb_logo

 

 

Qəzvin şəhərində axşam saatlarında keçirilən aksiyaya çox sayda soydaşımız qatılıb. Onlar “Yalandan deyirlər düşməniz Amerikadır – Bizim düşmənimiz elə buradadır” kimi şüarlar səsləndiriblər.

 

https://www.youtube.com/watch?time_continue=5&v=2TopRjcF1gk&feature=emb_logo

 

Zəncan şəhərində keçirilən etiraz aksiyasında da rejimə qarşı şüarlar dilə gətirilib.

 

https://www.youtube.com/watch?time_continue=6&v=2VglAKPnTC0&feature=emb_logo

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar