SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində yük maşınlarının sürücüləri etiraz aksiyası keçirib – VİDEO

2021.10.20, 07:36
Güney Azərbaycan şəhərlərində yük maşınlarının sürücüləri etiraz aksiyası keçirib – VİDEO

Gunaz.tv

GünAz TV: İranın müxtəlif şəhərlərində yük maşınları sürücülərinin keçirdiyi etiraz aksiyalarına Güney Azərbaycan şəhərlərinin sürücüləri də qoşulub.

 

Təbriz, Sulduz, Qoşaçay, Tikantəpə, Ərdəbil, Azərşəhr (Tufarqan), Məlikan (Məlik kəndi) və digər Azərbaycan şəhərlərindən olan sürücülər mayın 22-də başlayan aksiyalara, şənbə günü mayın 26-da qoşulublar.

 

Sürücülərin etiraz aksiyasına səbəb maşınların ehtiyat hissələri və yanacağın baha olması, siğorta haqlarının artırılması və yük daşıma xidmətinin ucuz olması olub.

 

Məlikanda sürücülər bir neçə yolu bağlayaraq avtomobillərin hərəkət etməsinə icazə verməyiblər. Məlumata görə, polis əməkdaşları etirazçılara hücum edərək onları dağıtmağa çalışıb. Etirazçılardan bir neçəsinə güc tətbiq olunduğu bildirilir.

 

“Biz hara gedək!? Maşının siğorta haqqını ödəməyə pulumuz yoxdur. Qazandığımız pul siğorta şirkətlərinin cibinə gedir”- deyə sürücülər polis əməkdaşlarına bildiriblər.

 

Qoşaçay şəhərində keçirilən aksiyada da polisin müdaxiləsi və oxşar hadisənin yaşandığı bildirilir.

 

Təbriz:

https://www.youtube.com/watch?v=m9xzSt5JPeY

https://www.youtube.com/watch?v=7bk1G-0jJtI

 

Sulduz:

https://www.youtube.com/watch?v=hKL5DPJtH4M

 

Qoşaçay:

https://www.youtube.com/watch?v=iqJmp4qBWt8

 

Tikantəpə:

https://www.youtube.com/watch?v=TTXZfV6uf78

 

 

Ərdəbil:

https://www.youtube.com/watch?v=3_fNSqIINHA

 

 

Azərşəhr:

https://www.youtube.com/watch?v=Jxqx85LX-Xc

 

 

Məlikan:

https://www.youtube.com/watch?v=2L2bUPhBBqw

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar