SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində yük maşınlarının sürücüləri etiraz edir – VİDEO

2021.10.20, 07:36
Güney Azərbaycan şəhərlərində yük maşınlarının sürücüləri etiraz edir – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan və İranın müxtəlif şəhərlərində yük maşınları sürücülərinin yeni etiraz dalğası başlayıb.

 

Azərbaycanlı Sürücülərin etiraz aksiyasına səbəb maşınların ehtiyat hissələri və yanacağın baha olması, siğorta haqlarının artırılması və yük daşıma xidmətinin ucuz olmasıdır.

 

İyulun 23-dən başlayan etirazlara Güney Azərbaycanın Qəzvin və Mərənd şəhərlərinin sürücüləri də qoşulub. Oxşar aksiya bir gün əvvəl Təvrizdə keçirilmişdir.

 

Məlumata görə, Qəzvində maşınların yüklərini elan edən mərkəzin qarşısında aksiya keçirilib. Sürücülər maşınları xiyabanda park edərək fəaliyyətlərini dayandırıblar.

 

Sürücülərin etiraz aksiyaları Çalus, Tehran, Məşhəd, Fərrüxşəhr və isfahan şəhərlərində davam etdirilir.

 

Yük maşınlarının sürücüləri mayın 22-də İranın bütün əyalətlərində etiraz aksiyasına başlayıb, 160 şəhərdə keçirilən aksiyalar məsulların verdiyi yalan vədlərə görə müəyyən qədər azalsa da tam olaraq səgiməyib.

 

Qəzvin:

https://www.youtube.com/watch?time_continue=6&v=MwHhuId2KXA

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar