SON XƏBƏRLƏR

Güney Azərbaycan Televiziyası “Hotbird” peykinə qayıtdı

2021.10.20, 07:36
Güney Azərbaycan Televiziyası “Hotbird” peykinə qayıtdı

Gunaz.tv

GünAz TV: Bir neçə aydır “Eutelsat”da yayımları dayandırılan Güney Azərbaycan Televiziyası (“GünAz TV”) keçmiş yayım tezliyi (frekans) və adresi ilə yenidən “Hotbird” peykinə qayıdıb.

 

Telekanalın verilişləri dekabrın 9-ü Təbriz vaxtı ilə sübh saatlarından başlayaraq hər gün 24 saat “Hotbird” peykindən yayımlanacaq.

 

“Hotbird” peyki Avropa qitəsi və Yaxın Şərq ölkələrini əhatə etdiyi üçün, güney azərbaycanlı izləyicilər rahat şəkildə “GünAz TV” kanalını izləyə biləcək.

 

Maraqlananlar telekanalı keçmiş adreslə “Hotbird” peykindən izləyə bilər.

Hotbird:

13 dərəcə şərqdə

Frekans: 11200SR - 27500 FEC 5/6

Vertical

 

“Hotbird” peyki 13 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir. Peykdə 123 milyondan çox Yaxın Şərqi və Avropa ailəsi tərəfindən izlənilən 1000 telekanal mövcuddur.

 

Güney Azərbaycan Televiziyasının izləyiciləri telekanalı bundan əvvəl olduğu kimi “Hotbird” peykindən əlavə “Yahsat” və “Telstar” peyklərindən də izləyə bilərlər.

 

GünAz TV-ni canlı olaraq internetdən izləmək istəyənlər isə aşağıdakı Link-ə müraciət edə bilər.

https://www.gunaz.tv/player.html

 

Televiziyaya xəbər, şəkil, video və hər hansı material göndərmək istəyənlər aşağıdakı Telegram adreslərinə müraciət edə bilər:

https://t.me/gunaztv2004

https://t.me/gunaztelevision


Yutobe və İnstaqramdan istifadə edənlər isə GünAz TV-nin yaydığı veriliş və xəbərləri bu adreslərdən əldə edə bilər:

https://www.youtube.com

https://www.instagram.com/gunaz.tv

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar