SON XƏBƏRLƏR

Güney Azərbaycan türkləri Babək Xürrəminin doğum gününü təntənəli şəkildə qeyd edirlər

2021.10.20, 07:36
Güney Azərbaycan türkləri Babək Xürrəminin doğum gününü təntənəli şəkildə qeyd edirlər

Gunaz.tv
Güney Azərbaycan türkləri Babək Xürrəminin doğum gününü təntənəli şəkildə qeyd edirlər Məlum olduğu kimi, 1996-cı ildən bəri Güney Azərbaycan türkləri Azərbaycanın bütövlüyü və azadlığı uğrunda mübarizə aparmış böyük sərkərdə Babək Xürrəminin doğum gününü təntənəli şəkildə qeyd edirlər. Belə ki, öz tarixi torpaqlarında yaşayan Azərbaycan türkləri iyun ayının sonu və iyul ayının ilk günlərindən başlayaraq Güney Azərbaycanın Kəleybər şəhərində yerləşən Bəzz qalasına kütləvi şəkildə yürüş edirlər. Bunda məqsəd Güney Azərbaycan türklərinin pozulmuş milli-mədəni hüquqlarının gündəmə gətirilməsi və fars şovinist rejimindən 35 milyonluq Azərbaycan türkünün insan haqlarının təmin edilməsinin tələb olunmasıdır. Eyni zamanda Güney Azərbaycan Milli Hərəkatının Bəzz qalasına keçirdiyi bu yürüş həm də milli birlik və milli özünüdərk mərhələsinin inkişafında aparılan mövcud siyasi proseslərin düzgün istiqamətləndirilməsinin göstəricisidir. Ancaq 2003-cü ildən etibarən fars şovinist rejimi Güney Azərbaycan türklərinin Bəzz qalasına möhtəşəm yürüşünün qarşısını almağa və onların haqq səsini boğmağa çalışır. Rejim Güney Azərbaycan Milli Hərəkatının müqavimətini qırmağa cəhd göstərir və bu məqsədlə Bəzz qalasına qoşun yeridir. çox təəssuf ki, hər il fars şovinist rejiminin hərbi quvvələri tərəfindən Kəleybər hərbi şəhərciyə çevrilir, Bəzz qalası civarında əlavə postlar qurulur, şəhərə giriş-çıxış nəzarət altına alınır. Elə buna görə də 2007-ci ildən başlayaraq Güney Azərbaycan Milli Hərəkatı kütləviliyin təmin olunması üçün Bəzz qalasına yürüşlə yanaşı, “Babək həftəsi”nin keçirilməsinə qərar verib. çünki Kəleybər şəhərinə Güney Azərbaycanın bütün şəhərlərindən Azərbaycan türklərinin kütləvi şəkildə gəlməsinə fars şovinist rejimi imkan vermir. Bu baxımdan Babəkin doğum günü “Babək həftəsi” çərçivəsində bu il iyunun 30-dan iyulun 5-dək Güney Azərbaycan bütün şəhərlərində kütləvi tədbirlərlə qeyd olunacaq. Biz Dünya Azərbaycanlıları Konqresi olaraq, fars şovinist rejimindən İran adlanan coğrafi ərazidə yaşayan qeyri-fars millətlərinin, xüsusilə 35 milyonluq Azərbaycan türkünün milli varlığına yönəlmiş assimilyasiya siyasətinə son qoymasını və onların milli-mədəni hüquqlarını tanımasını tələb edirik. Eyni zamanda beynəlxalq ictimaiyyəti Güney Azərbaycan türklərinin pozulmuş hüquqlarının bərpası uğrunda ciddi addımlar atmağa və beynəlxalq hüquq qaydarına məhəl qoymayaraq qeyri-fars millətlərinə qarşı qeyri-insani hərəkətlərə yol verməkdə davam edən şovinist hakim fars rejiminə təzyiqlər göstərməyə çağırırıq. presspost

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar