SON XƏBƏRLƏR

Güney Azərbaycan və Bəluçistanda yüksək yoxsuluq göstəricisi divarlarda əks olunub- Ərdəbildə

2021.10.20, 07:36
Güney Azərbaycan və Bəluçistanda yüksək yoxsuluq göstəricisi divarlarda əks olunub- Ərdəbildə

Gunaz.tv

GünAz TV: Ərdəbil şəhərində bir divarın üzərində Güney Azərbaycan və “Sistan və Bəluçistan” əyalətinin ağır iqtisadi vəziyyətini göstərən məlumat əks olunub.


Yerli milli-mədəni fəallar tərəfindən qrafit texnikası ilə çəkilən diaqramda İranda əyalətlərin iqtisadi durumu göstərilir. Güney Azərbaycan, eləcə də “Sistam və Bəluçistan” əyalətinin iqtisadi baxımdan mütləq yoxsulluq səviyyəsində olduğu görünür.


İranın yanlış qurulan iqtisadi sistemi, ölkənin büdcəsinin regionda terror qruplaşmalarına xərclənməsi, eləcə də tətbiq olunan iqtisadi sanksiyalar ölkə iqtisadiyyatının tənəzzülə uğramasına səbəb olub. Bundan əlavə, qeyri-fars millətlərinin yaşadığı əyalətlər, xüsusi ilə də Güney Azərbaycan əyalətlərində iqtisadi problemlər təkcə bu amillə izah olunmur. Rejimin tətbiq etdiyi ayrı-seçkilik siyasəti, sənaye və istehsal müəssisələrinin maliyyə sıxıntıları ilə əlaqədar bağlanması, bölgəyə yatırım yatırılmaması və digər amillər Güney Azərbaycanda iqtisadi gərginliyi daha da dərinləşdirib. İşsizliyin hökm sürdüyü əyalətlərdə əhali ağır vəziyyətdən çıxmaq üçün çıxış yolunu doğma vətənini tərk edərək fars bölgələrinə köçməkdə görür. Bunun nəticəsində bölgənin demoqrafik tərkibi gün keçdikcə dəyişir və bir çox ictimai problemlər ortaya çıxır.

 


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar