Güney Azərbaycan və İranda siyasi məhbusların saxlanma şəraiti pisləşib

2020-09-10 12:01

Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) müdiri Jalə Təbrizli Amerikanın Səsi ilə müsahibədə Güney Azərbaycan və  İranda vicdan məhbuslarının saxlama şəraitinin daha da pisləşdiyini bildirib.

Gunaz.tv Quote | Gunaz article

Jalə Təbrizli hesab edir ki, son vaxtlar milli fəallara verilən həbs hökmlərinin ağırlaşması İranda baş verən ciddi siyasi, iqtisadi və ictimai dəyişiklər ilə bağlıdır.

 

“Şərait elə ümumiyyətlə İranda dəyişilib. Rejim bir tərəfdən beynəlxalq toplumun basqısı altındadır. Bir tərəfdən də ölkənin iqtisadi durumuna baxanda vəziyyət fəlakətdir. İctimai və siyasi sahələrdə də həmçinin. Biz görürük ki, İranda korrupsiya necə çoxalır. Bunlar səbəb olur ki, rejim özünü təhlükədə görsün,” hüquq müdafiəçisi Amerikanın Səsinə verdiyi müsahibədə deyib.

 

Onun sözlərinə görə, “ölkədə etiraz aksiyaları günbəgün çoxalır və ümumiləşir. Əhali agah olduqca onların qarşısını almaq üçün həbsxanaları doldururlar. Hazırda həbsxanalarda fiziki və ruhi işgəncə altında olan insanların bir çoxu belə etirazlara rəhbərlik edə bilərlər. Mən fikr edirəm ki, hakimiyyət bu vəziyyəti çox davam etdirə bilməyəcək.”

 

Jalə Təbrizli İranın bəzi həbsxanalarında Covid-19 virusunun aşkarlanmasına diqqət çəkərək deyib ki, “həbsxanaların şəraiti pisdir. Sağlamlıq və gigiyena problemləri var. Yemək və qidalanma problemləri. Həbsxanaların bölmələri doludur. Çox məhbus doldurublar. Əlavə olaraq həbsxanalarda aclıq aksiyaları var. Biz həbsxanaların vəziyyətinin nə qədər pis olduğunu Əlirza Fərşinin yazdığı məktubda görürük.”

 

“Evin həbsxanasında, Ərdəbildə, Təbriz, Xoy, Urmiya, Qoşaçayda, Əhərdə məhbuslar var. Artıq hər yerdə həbsdə olan milli fəallarımız var. Urmiyada qadın məhbuslar aclıq aksiyası keçiriblər. Çünki orada koronavirus vardır və [yoluxanları] digər məhbuslarla bir yerdə saxlayırlar,” deyə o əlavə edib.

 

Jalə Təbrizli hazırda İranın müxtəlif həbsxanalarında saxlanılan milli fəalları bir neçə qrupa ayırır.

 

“Həbsdə olanların bir sırası, Doktor Lətif Həsəni və Abbas bəy Lisani və ya Səhənd Məali kimi, bunlar, müxtəlif milli fəaliyyətləri üçün tutulublar... Amma bir də o qruplar var ki, misal üçün ana dili məsələsi ilə bağlı tutulub, 2019 noyabr etirazlarında tutulanlar var. Dördüncü qrup da Qarabağ ilə əlaqədar ki, kiçik mitinqlər olmuşdu şəhərlərdə, orada tutulanlardır. Əlbəttə onlar azad olublar amma müvəqqəti olaraq, mülki zəmanətlə buraxılıblar və hələ mühakimə edilməyiblər,” Təbrizli vurğulayıb.

 

Ərk cəmiyyətinin müdiri həmçinin uzunmüddətli həbs cəzalarına məhkum olmuş Abbas Lisani, Lətif Həsəni və Tovhid Əmir-Əmini kimi fəallara COVID -19 pandemiyasına qarşı tədbirlər çərçivəsində məzuniyyət haqqının verilməməsinə işarə edib:

 

“Bunların heç birinə koronavirus ilə bağlı məzuniyyət vermədilər. Abbas Lisaniyə hətta qardaşı vəfat edəndə ki, haqqı var idi neçə gün məzuniyyəti olsun, yenə vermədilər.”

 

Müsahibəni buradan dinləyə bilərsiniz:

 

 

 

Ü.F

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-18

gun az article

Saxlanılan fəal Musa Ziya Gərgəri Təbrizin Kəşfiyyat idarəsinə köçürülüb

2020-09-18

gun az article

Güney Azərbaycanlı milli fəal Əyyub Şiri məhkəməyə çağırılıb

2020-09-18

gun az article

Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib

2020-09-18

gun az article

GünazTV Sep.17.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-18

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Qadın və Siyasət

2020-09-18

gun az article

Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb

2020-09-17

gun az article

Azərbaycanlı əkinçilər məhsullarını sata bilmir + GÖRÜNTÜ

2020-09-17

gun az article

İranın səhiyyə nazirliyi rəsmiləri yenidən Azərbaycanın adını təhrif edib

2020-09-17

gun az article

Təbriz bələdiyyəsinin məsuliyyətsizliyi uşağın ölümü ilə nəticələnib + VİDEO

2020-09-17

gun az article

Güney azərbaycanlı fəal Musa Ziya Gərgəri saxlanılıb

2020-09-17

gun az article

Güney azərbaycanlı milli fəal Həmid Mənafi Nadarlı müvəqqəti azadlığa buraxılıb

2020-09-17

gun az article

GünazTV Sep.16.2020: Ərəb ölkələrinin İsrailnən münasibətlərinin normallaşmasır

2020-09-17

gun az article

“Traxtur Azərbaycan” komandasının məşqçisi cəzalandırılıb

2020-09-16

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-16

gun az article

Muxtar İbrahimi Marağa zindanına köçürülüb

2020-09-16