SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCAN XƏBƏRLƏRİ

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCAN XƏBƏRLƏRİ

Gunaz.tv
GÜNEY AZƏRBAYCAN XƏBƏRLƏRİ 18.06-3.jpg Hərəkatçıdan xəbər yoxdur 20 gün bundan əvvəl həbs edilmiş ərdəbilli Milli Hərəkat fəalı Əskər Əkbərzadənin harada olduğu bilinmir. Daxil olan məlumata görə, ailəsi bununla bağlı narahatdır. Onun ETTELAAT-ın həbsxanasında ağır işgəncələr məruz qaldığı bildirilir. Qeyd edək ki, mayın 21-də həbs edilmiş hərəkat fəalı "Savalanın səsi" və "Azərnyus" saytları ilə əməkdaşlıqda suçlandırılır. Təhlükəsizlik qüvvələri hərəkatçının ailəsinə mediaya çıxışı yasaqlamışdı. Hərəkatçıları təlaşa salıb Bir müddət öncə Təbrizin Elgölü parkından meyiti tapılmış Güney Azərbaycan Milli Hərəkatının fəalı Fərhad Möhsüninin aqibəti hərəkatçıları təlaşa salıb. Daxil olan məlumata görə, gənc hərəkat fəalının müəmmalı və faciəli ölümü siyasi fəalların passivliyinə səbəb olub. Zəncan Universitetində aksiya Zəncan Universitetində 4 günlük oturaq aksiya davam edir. Daxil olan məlumata görə, iyunun 16-da 500 tələbə universitetin qapılarını bağlayaraq müəllim və tələbələri ali məktəbin binasına buraxmayıblar. Universitet ETTELAAT qüvvələri tərəfindən mühasirəyə alınıb. Öyrəncilərin əsas tələbi sosial şəraitin yaxşılaşdırılması və siyasi hüquqlardır. 17 YAŞLI HƏRƏKATÇI EDAM OLUNDU Beynəlxalaq təşkilatların təzyiqlərindən sonra İran Məhkəmə Sistemi yetkinlik yaşına çatmamışdan əvvəl həbs edilərək edama məhkum edilən 3 nəfərin edamının təxirə salınması barədə qərar verib. Qərar 15-16 yaşlarında münaqişə zəminində qətl törətmiş Məhəmməd Fədai, Behnud Şücayi və Səid Cezziyə şamil edilib. Güneydən gələn xəbərə görə, hər üç müttəhimə edam qərarı icra olunana qədər qətlə yetirilənlərin ailələrindən əfv diləmək imkanı veriləcək. Əgər öldürülənlərin ailələri yeniyetmələri bağışlasalar, edam hökmü dəyişdirilə bilər. Lakin “Evin” həbsxanasından fərqli olaraq Güney Azərbaycanın Sənəndəc şəhərinin həbsxanasında saxlanılan 17 yaşlı Məhəmməd Həsənzadə dar ağacından asılıb. Edam hökmünün icrası üçün tələb edilən 18 yaş senzi gözlənilməyib. “Olaylar”ın yaydığı xəbərdə bildirilir ki, ümumilikdə təkcə son bir gündə İran həbsxanalarında 8 nəfər edam olunub. Ötən həftə aksiya keçirən Təbriz Universitetinin çoxlu sayda tələbələri isə hələ də Universitetin təhlükəsizlik komitəsi tərəfindən təzyiqlərə məruz qalmaqdadır. Diplom işinin müdafiəsi üçün şərait yaradılmamasından şikayətlənən universitet tələbələri Təhlükəsizlik Komitəsinin göstərişi ilə il yarım müddətinə təhsillərini davam etdirməkdən məhrum edilib. Təhlükəsizlik Komitəsi Nadir Məhdqarabağı da iki il müddətinə təhsildən məhrum cəzasına məhkum edib. Onu universitet daxilində aksiyalar keçirmək hakimiyyətə qarşı təbliğ etmək, milli münaqişələri gündəmə gətirmək ittihamı verilib. İyunun 10-da ETTELAAT tərəfindən həbs edilən Ərdəbil Universitetinin kimya fakültəsinin tələbəsi Əskər Əkbərzadə isə yaxın günlərdə mühakimə ediləcək. Xatırladaq ki, Beynəlxalq Əfv Təşkilatı dəfələrlə həbs edilən Ə.Əskrəzadənin dərhal azadlığa buraxılması tələbilə dəfələrlə İran hakimiyyətinə müraciət etsə də, bunun faydası olmayıb. vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar