SON XƏBƏRLƏR

Güney Azərbaycan xəbərləri

2021.10.20, 07:36
Güney Azərbaycan xəbərləri

Gunaz.tv
Güney Azərbaycan xəbərləri 01.05-4.jpg Təbrizli məşhur jurnalist 50 zərbə şallağa məhkum edilib Güneydən daxil olan məlumata əsasən Təbrizin ümumi məhkəməsində Təbrizin məşhur jurnalistlərindən olan Əli Dadaşiyə qarşı ittihamlar irəli sürülərək 50 zərbə şallaq hökmü çıxarılıb. Məhkəmə Əli Dadaşini mətbuatda hakimiyyət məmurlarını rüşvətxor və cinayətkar adlandırdığına görə məhkum edib. Məhkəmədə heç bir vəkillə təmin edilməməklə yanaşı hətta jurnalistin özünə də özünü müdafiə etmək üçün heç bir söz verilməyib. TƏBRIZ UNIVERSITETININ IKI MILLI FƏALI INZIBATI HÖKMLƏRLƏ MƏHKUM EDILIBLƏR Oyrənci hərəkatından daxil olan məlumata əsasən Təbriz Universitetinin çoxlu sayda tələbələri hələ də Universitetin təhlükəsizlik komitəsi tərəfindən təzyiqlərə məruz qalmaqdadır. Universitet tələbələri Səccad Radmehr, Təhlükəsizlik Komitəsinin göstərişi ilə diplom işinin müdafiəsi üçün şərait yaradılmaması və onlara qarşı ittihamlar irəli sürməklə tələbələri il yarım müddətinə təhsillərinin davam etməməsi üçün hökm çıxarıblar. Təhlükəsizlik komitəsi Nadir Məhdqarabağı da iki il müddətinə təhsildən məhrum cəzasına məhkum ediblər. Onları universitet daxilində aksiyalar keçirmək hakimiyyətə qarşı təbliğ etmək, milli münaqişələri gündəmə gətirmək ittihamı verilib. Tələbələrdən biri də Aydın Xocalı adı ilə tanınan milli hərəkat fəalı da həmin siyahıya daxildir. Universitet tələbələri olan bütün milli hərəkat fəallarına təzyiqlər və təhsildən məhrum edilmə təhlükəsi günü-gündən artmaqdadır. TƏBRIZ UNIVERSITETININ 3 TƏLƏBƏSI DIPLOMDAN MƏHRUM EDILIB Güney Azərbaycan Milli Hərəkatının fəalları olan tələbələrə diplomların verilməməsi və təhsildən kənarlaşdırılma ilə bağlı qərarların qəbulu davam edir. Bu dəfə Təbriz Universitetində təhsil alan Səccad Radimehr barədə qərar çıxarılıb və o, 1,5 il təhsildən məhrum edilib. Tələbə Nadir Məhdqarabağlı barədə də qərar eyin xarakterli olub və o, 2 il müddətində təhsildən məhrum edilib. Tələbələr barədə bu qərarın çıxarılmasına səbəb kimi onların hakimiyyət əleyhinə mübarizədə iştirak etməsi, milli münaqişələri gündəmə gətirməsi göstərilir. Tələbələrdən Aydın Xocalıya da diplomun verilməsindən imtina edilib vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar