SON XƏBƏRLƏR

Güney Azərbaycana diqqətsizlik valini də dilə gətirib

2021.10.20, 07:36
Güney Azərbaycana diqqətsizlik valini də dilə gətirib

Gunaz.tv
Güney Azərbaycana diqqətsizlik valini də dilə gətirib "Heç kəs Azərbaycanı olduğu kimi tanıya bilməyib" Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Memarzadə mətbuatda Azərbaycanın problemlərinə yetərincə diqqət ayrılmamasından şikayətlənib. Valinin sözlərinə görə, Azərbaycan son 100 ildə İranın ictimai-siyasi, iqitsadi-mədəni həyatında mühüm yer tutsa da hələ də layiq olduğu diqqəti almayıb. Bunda kütləvi informasiya vasitələri ilə yanaşı Mədəniyyət və İrşad Nazirliyini də təqsirləndirən vali "Heç kəs Azərbaycanı olduğu kimi tanıya bilməyib, potensialımız hələ kəşf rolunmayıb" deyə vurğulayıb. M.Memarzadənin fikrincə, əgər ölkənin tanınmış qəzetləri şərait yaratsalar, Azərbaycan bütün sahələrlə bağlı uğurlarını və problemlərini təqdim edə bilər. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar