SON XƏBƏRLƏR

Güney Azərbaycanda Babək qalası yürüşü ilə əlaqədar 63 nəfərin saxlandığı dəqiqləşib

2021.10.20, 07:36
Güney Azərbaycanda Babək qalası yürüşü ilə əlaqədar  63 nəfərin saxlandığı dəqiqləşib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda iyulun 5-i və 6-da keçirilən ənənəvi Babək qalası yürüşü ərəfəsində çox sayda milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Yeni həbslər dalğası iyulun 2-dən başlayıb, artıq 63 nəfərin saxlandığı dəqiqləşib. Fəallar yaşadıqları şəhərlərdə, ev və iş yerlərində, həmçinin Babək qalasına gedən yollar və qalada təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bir çox fəala isə qalaya getməsin deyə Ettelaat İdarəsi tərəfindən xəbərdarlıq edilib.

 

63 tutuqlu fəaldan yalnız 18-nin harada saxlandığı məlum olub, digər fəalların vəziyyəti barədə heç bir məlumat yoxdur.

 

Saxlanılan fəallar əsasən Təbriz, Urmiyə, Ərdəbil, Tehran, Meşginşəhr (Xiyav), Xalxal, Muğan, Kəleybər, Bostanabad, Culfa, Marağa, Sulduz və Salmas şəhərlərinin sakinləridir.

 

Bundan əvvəl, saxlanılan 44 fəalın siyahısını təqdim etmişdik, həmin siyahını bu LİNK-dən oxuya bilərsiniz.

 

Təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəallardan 19-nun kimliyi isə yenicə məlum olub:

Süleyman Kazimi, Möhsün İsməili (ərdəbilli), Əbülfəzl Kəraməti, Milad Əkbəri (təbrizli), Sədulla Sasani (təbrizli), Məhəmməd Mərdi (təbrizli), Mehdi Dustdar (ərdəbilli), İrəc Şirzad (ərdəbilli), Yusif Kari (ərdəbilli), Əbülfəzl Bidoxt, Rəhim Novruzi (ərdəbilli), Əkbər Abbaszadə, Rəhim Qulami (ərdəbilli), Səid Sultani (culfalı), Həmid Aluyi, Muxtar İbrahimi (marağalı), Fərhad Qolabi, Ramin Cəbraili (təbrizli) və Abbas Xudayari.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar