Güney Azərbaycanda "korona" mənzərəsi: Əyalətlər üzrə statistika

2021-05-21 14:59

Mayın 21-də Güney Azərbaycanda koronavirusa yoluxanların və xəstəlikdən vəfat edənlərin sayı açıqlanıb.

Gunaz.tv Quote | Gunaz article

Son 24 saat ərzində Həmədanda 6 koronavirus xəstəsi vəfat edib. Bu barədə Həmədan Tibb Elmləri Universitetinin sözçüsü Məhəmməd Tahiri məlumat yayıb. 

Onun szölərinə görə, son sutkada əyalətdə 557 nəfər koronavirusa yoluxma şübhəsi ilə müraciət edib,  onlardan 186 nəfərinin COVİD-19-a yoluxduğu təsdiqlənib. 103 nəfər xəstəxanalara yerləşdirilib. 

Bununla da pandemiyanın başlamasından bu günə kimi Həmədanda koronavirus infeksiyasına yoluxanların ümumi sayı 41749, xəstəxanalara yerləşdirilənlərin ümumi sayı isə 16972 nəfərə çatıb. Onun sözlərinə görə, hal-hazırda 19 xəstə reanimasiya şöbələrində yerləşdirilib, 44 xəstənin durumu kiritikdir.

Ərdəbil əyalətinin Koronavirusa Qarşı Mübarizə Mərkəzinin bildirdiyinə görə, son sutkada 46 nəfərin COVİD-19-a yoluxduğu qətiləşib. Hazırda əyalət xəstəxanalarında müalicə olunan "korona" xəstələrinin sayı 256 nəfərdir. Son sutka ərzində 3 nəfər koronovirus xəstəliyindən dünyasını dəyişib. 

Bununla da bu günə kimi əyalətdə koronavirus qurbanlarının ümumi sayı 1763 nəfərə yüksəlib.

Qərbi Azərbaycan Tibb Elmləri Universitetinin rektoru Cavad Ağazadənin verdiyi məlumata görə, son sutka ərzində əyalətdə 540 nəfər koronavirus infeksiyasına yoluxub. Onların 30%-i xəstəxanalara yerləşdirilib. Hal-hazırda əyalət xəstəxanalarında müalicə alan COVİD-19 xəstələrinin sayı 1008 nəfərdir.

Xəstələrin 214-ü reanimasiya şöbələrində yerləşdirilib. Onlardan 39-u süni tənəffüs aparatlarına qoşulub. Son sutkada daha 6 koronovirus xəstəsi dünyasını dəyişib. Bununlada Qərbi Azərbaycanda bu xəstəlikdən ölənlərin ümumi sayı 4492 nəfərə çatıb.

Bu saata qədər başqa əyalətlərdə koronavirus statistikası verilməyib. 

Mayın 21-də İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bildirdiyinə görə, son sutkada ölkə üzrə daha 200 nəfər koronavirus səbəbindən vəfat edib.


Bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 78 min 194 nəfərə çatıb. Son 24 saatda11250 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb.

Bu günə qədər ümumi yoluxma sayı 2,815,532 nəfərə yüksəlib. 

C.E
 


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16