Güney Azərbaycan üzrə koronavirus statistikası-RƏSMİ

2021-05-28 15:05

Mayın 28-də Güney Azərbaycan və İranda koronavirusa yoluxanların və xəstəlikdən vəfat edənlərin sayı açıqlanıb.

Gunaz.tv Quote | Gunaz article

Ərdəbil əyalətinin Tibb Elmləri və Səhiyyə Xidmətlərindən verilən məlumata görə, son sutkada əyalətdə 42 nəfər koronavirus infeksiyasına yoluxduğu üçün xəstəxanalarda yerləşdirilib.

Eyni müddətdə əyalətdə 3 COVİD-19 xəstəsi dünyasını dəyişib. Bu günə kimi əyalətdə bu xəstəlikdən ölənlərin ümumi sayı 1782 nəfərdir. Hal-hazırda Ərdəbil xəstəxanalarında 267 COVİD-19 xəstəsi müalicə olunur.

Onlardan 47 nəfəri reanimasiya şöbələrində yerləşdirilib.

 

Qərbi Azərbaycan əyalətində son sutkada daha 467 nəfər koronavirusa yoluxub. Onlardan 192 nəfər xəstəxanalara yerləşdirilib.

Son sutka ərzində əyalətdə 7 nəfər COVİD-19 xəstəliyindən həyatını itirib. Bu günə kimi Qərbi Azərbaycanda koronovirus qurbanlarının sayı 4568 nəfərə çatıb. 

 

Hazırda xəstəxanalarda 989 nəfər koronavirus xəstəsi müalicə olunur. Onlardan 202 nəfəri reanimasiya şöbələrində yerləşdirilib, 31 nəfər süni tənəffüs aparatına qoşulub. Pandemiyanın başlamasından bu günə kimi Qərbi Azərbaycanda 169,565 nəfər bu xəstəliyə yoluxub.

 

Zəngan əyalətində ötən 24 saat ərzində 16 COVİD-19 yoluxucusu xəstəxanaya yerləşdirilib. 3 nəfər həyatını itirib.

Bu günə qədər Zənganda koronovirusdan ölənlərin sayı 1449 nəfərə çatıb. Bu günə kimi infeksiyaya yoluxmuş 260,26 nəfər xəstəxanalarda yerləşdirilib. Hazırda Zəngan xəstəxanalarında müalicə olunan koronavirus xəstələrinin sayı 284 nəfərdir.

 

Həmədan əyalətinin Tibb Elmləri Universiteti bu gün verdiyi açıqlamada ötən sutka 500 nəfərin koronavirusa yoluxduğunu bildirib. Koronovirusa yoluxma şübhəsi ilə gündəlik 450-500 nəfərin xəstəxanalara müraciət etdiyi bildirilir. 

Bu saata qədər başqa əyalətlərdə koronavirus statistikası verilməyib. 

 

Mayın 28-də İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bildirdiyinə görə, son sutkada ölkə üzrə daha 184 nəfər koronavirus səbəbindən vəfat edib.


Bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 79,568  nəfərə çatıb. Son 24 saatda 10253 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb.
Bu günə qədər ümumi yoluxma sayı 2,886,111 nəfərə yüksəlib. 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16