SON XƏBƏRLƏR

Güney Azərbaycanda çox sayda fəal təhdid edilərək Ettelaat İdarəsinə çağırılıb - “Babək qalası” yürüşünün ildönümü günlərində

2021.10.20, 07:36
Güney Azərbaycanda çox sayda fəal təhdid edilərək Ettelaat İdarəsinə çağırılıb - “Babək qalası” yürüşünün ildönümü günlərində

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın müxtəlif şəhərlərində ənənəvi “Babək qalası” yürüşünün ildönümü günlərində  çox sayda milli-mədəni fəal təhdid edilərək təhlükəsizlik orqanları, o cümlədən Ettelaat İdarəsinə çağırılıb.

 

Məlumata görə, iyulun 4-də Marağa Şəhər Ettelaat İdarəsindən mühəndis Hamid Yeganəpurla telefon əlaqəsi saxlayaraq ona gözlənilən yürüşə qatılmaqla bağlı xəbərdarlıq ediblər. Azərbaycanlı fəala bildirilib ki, yürüşə qatılmaq onun üçün yaxşı nəticə verməz, o bu şəkildə müəyyən problemlərlə üzləşə bilər.

 

Mühəndis H.Yeganəpur isə Ettelaat əməkdaşlarının cavabında bunları deyib: “Mən sizin verdiyiniz məsləhətlə yaşamıram. Xahiş eliyirəm bir daha mənə zəng etməyin. Mən təmami ilə qanun çərçivəsində fəaliyyət göstərirəm və heç bir qanun pozuntusuna yol verməmişəm. Yalnız qanunu pozduğum halda siz məni saxlayıb və ya dediyiniz kimi, hansısa problem yarada bilərsiniz.”

 

Binabda (Bin Ev) isə milli-mədəni fəal Səid Minayiyə zəng edilib. Onun hədələnərək idarəyə çağırıldığı bildirilir.

 

Urmiyə şəhərində isə Əşkan Səadətmehrin təhlükəsizlik orqanlarına çağırıldığı qeyd olunur.

 

Təhlükəsizlik orqanlarına çağırılmaqla yanaşı fəalların  telefonlarına hədələyici SMS-lər də göndərilib, SMS-lərdə onların ciddi nəzarət altında olduğu qeyd olunub.

 

 

Xəbər verdiyimiz kimi, ötən günlərdə Güney Azərbaycanın müxtəlif şəhərlərində çox sayda milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

“Babək qalası” yürüşü keçən illərdə iyulun əvvəllərində keçirilib. Ötən il iyulun 5-i və 6-da mərasimin keçirilməsinə qərar verilsə də həbslər dalğası yürüşə bir neçə gün qalmış başlamışdır.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar