SON XƏBƏRLƏR

Güney Azərbaycanda daha 203 nəfərin koronavirusa yoluxması təsdiqlənib

2021.10.20, 07:36
Güney Azərbaycanda daha 203 nəfərin koronavirusa yoluxması təsdiqlənib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan əyalətlərində daha 203 nəfərin koronavirusa yoluxması təsdiqlənib və xəstəliyə tutulanların sayı 2303 nəfərə çatıb.

 

GünAZ TV İran rəsmilərinin açıqlamalarına əsasən xəbər verir ki, koronavirus infeksiyasından ölənlərin sayı Güney Azərbaycanda artıq 220 nəfərə çatıb. Bu isə, son 24 saat ərzində Güney Azərbaycanın müxtəlif əyalətlərində daha 15 nəfərin infeksiyasının qurbanı olduğunu göstərir.

 

 

Qeyd edək ki, qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir.

 

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.

 

 

Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayının 684 nəfərə çatdığını deyib.

 

 

Onun sözlərinə görə, Şərqi Azərbaycanda son 24 saat ərzində daha 55 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

 

 

Somi keçən gün daha 6 nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə əyalətdə qurbanların sayının 65 nəfərə çatdığını bildirib.

 

 

Tibb Universitetinin rəisi koronavirusa yoluxanlarının sayının keçən həftə ilə müqayisədə 50 faiz artdığını vurğulayaraq vətəndaşlardan evlərində qalmalarını istədi.

 

 

O, Şərqi Azərbaycanda 23 tibb işçisinin də koronavirusa yoluxduğunu deyib.

 

 

Xatırladaq ki, koronavirusa yoluxmuş tanınmış uşaq həkimi doktor Tağı Əhərçi keçən gün Təbrizdə dünyasını dəyişdi.

 

 

Tibb universitetinin rəisi daha öncə bildirmişdi ki, xəstəliyin hazırkı yayılma sürəti ilə aprel ayının ilk günlərindən etibarən Şərqi Azərbaycan əhalisinin doqquz faizi (300,000 nəfər) koronavirusa yoluxmuş olacaq. 

 

 

Güney Azərbaycanın digər bölgələrində də yeni koronavirusa yoluxma halları qeydə alınıb.

 

 

Qərbi Azərbaycanın Tibb Universitetinin rəisi, Cavad Ağazadənin dediyinə əsasən əyalətdə 353 nəfərdə infeksiya aşkarlanıb, onlardan 21 nəfəri canını itirib.

 

 

Beləliklə Qərbi Azərbaycanda keçən 24 saat ərzində 27 yeni yoluxma halı qeydə alınıb, həmin gün daha iki nəfər infeksiyadan ölüb.

 

Ərdəbil əyalətində də hazırda 313 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Ərdəbil Tibb Universitetinin müavini, Əfşin Fəthinin dediyinə görə, əyalətdə 231 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Xəstəlikdən ölənlərin sayı isə 29 nəfərə çatıb.

 

 

Fəthi Ərdəbildə koronavirus epidemiyasının “çox ciddi və kritik” həddə çatdığını deyib, gələn günlərdə yeni yoluxmalar dalğasının baş verə biləcəyi haqqında xəbərdarlıq edib.

 

 

Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş əyalətdə  infeksiyaya tutulanların sayının 287 nəfərə çatdığını bildirib. O, infeksiyadan ölənlərin sayının isə 16 nəfər olduğunu deyib.

 

Qəzvin əyalətində də hələlik 573 nəfərin koronavirusa yoluxduğu, 51 nəfərin həyatını itirdiyi açıqlanıb.

 

Bu rəqəm Həmədanda 175 nəfərdir ki, onlardan 11 nəfərinin dünyasını dəyişdiyi təsdiqlənib.

 

  

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar