SON XƏBƏRLƏR

Güney Azərbaycanda dəm qazı 4 nəfərin ölümünə səbəb oldu

2021.10.20, 07:36
Güney Azərbaycanda dəm qazı 4 nəfərin ölümünə səbəb oldu

Gunaz.tv

GünAz TV: ötən gün Güney Azərbaycanın Heris məntəqəsində dəm qazından zəhərlənmə nəticəsində dörd nəfər canını itirib.

 

Şərqi Azərbaycan əyalətinin təcili tibbi yardım mərkəzinin mətbuat katibi Vəhid Şadiniya hadisənin Herisin Məhram kəndində baş verdiyini bildirib.

Məhramın dediyinə görə hadisədə ölən şəxslərdən ikisinin 40, digərlərinin 17 və 65 yaşı var idi.

 

O əlavə edib ki, hadisədə dəm qazından zəhərlənən daha bir şəxs də Heris şəhərində xəstəxanaya yerləşdirilib.

 

Rəsmi 40 yaşında olan bu şəxsin vəziyyətinin ağır olduğunu bildirib. 

 

 

Ü.F 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar