Güney Azərbaycanda edam cəzalarının sayı artıb

2021-05-04 18:24

Güney Azərbaycanda edam cəzalarının sayı açıqlanıb. Məlumata görə, narkotik maddə alveri ittihamı ilə verilən edam hökmləri 3 dəfə çoxalıb.

Gunaz.tv Quote | Gunaz article

İran İnsan Haqları Təşkilatı və "Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətinin son hesabatları İranda edam cəzalarının sayında çoxalma olduğunu göstərir.

İran İnsan Haqları Təşkilatının məlumatına görə, bu ilin ilk dörd ayında İranda ən azı 82 edam cəzası həyata keçirilib. Narkotik maddələrlə əlaqəli verilən edam cəzalarının heç biri hökumət tərəfindən rəsmi olaraq təsdiq edilməyib.

Bundan öncə "Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyəti bu ilin ilk 3 ayı ilə bağlı yayınladığı hesabatda, yeni ildə Güney Azərbaycan əyalətlərində ən azı 33 nəfərin edam edildiyini, İran məhkəmə sisteminin insan həyatına laqeyd münasibətinin davam etdiyini açıqlamışdı.

Son üç ayda biri "yetkinlik yaşına çatmamış qadın" olmaqla, 20 məhbus qətl törətmək, 4 məhbus isə narkotik alveri ittihamı ilə Ərdəbil, Qum, Xiyav, Təbriz, Qəzvin, Zəngan, Kərəc, Ərak və Urmu şəhərlərində edam edilib. 

Daha 9 məhkumun edamının səbəbi barədə isə məlum deyil.

Hesabata görə, Güney Azərbaycanda edam olunan 32 nəfərin edam cəzası gizli şəkildə həyata keçirilib. Onların ailələri sonradan bu barədə mətbuata və insan haqları təşkilatlarına məlumat veriblər.

İran İnsan Haqları Təşkilatının rəhbəri Mahmud Əmiri Müqəddəm sosial mediada edam cəzalarına qarşı etiraz kampaniyalarının genişləndini bildirib.

O, Tehran rejiminin edamlar vasitəsilə müxalifləri və narazı təbəqəni qorxuda saxlamaq istədiyini, bununla da hakimiyyətin ömrünü uzatmağa cəhd göstərdiyini söyləyib.

Onun sözlərinə görə, bu əks nəticə verib və əhalinin rejimə qarşı qəzəbi daha da çoxalıb.
 
Qeyd edək ki, son bir ildə edama məhkum olanların sayında ötən ilki ilə nisbətən ciddi çoxalma müşahidə olunur. 2019-cu ildə 374 edam cəzasına məhkum olunmuşdu. 2020-ci ildə isə bu rəqəm 622 nəfərə yüksəlib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15