Güney Azərbaycanda içməli su qıtlığı: Böhran dərinləşir-VİDEO

2021-07-09 11:05

İranda içməli su qıtlığı yaşanır. Ölkədə elektrik eenrjisi və içməli su böhranı əksər əyalətlərdə əhalinin yaşayışına təsir edib, əhalinin gündəlik fəaliyyətə ciddi problemlər yaradıb.

Gunaz.tv Quote | Gunaz article

Sosial mediada yayılan xəbər, foto vəvideo-görüntülərdən vətəndaşların isti havalarda içməli su qıtlığından və elektrik enerjisinin tez-tez kəsilməsindən əziyyət çəkdikləri bəlli olur.

Güney Azərbaycanın müxtəlif kəndlərdə və şəhərlərində müşahidə olunan problem son günlər Təbriz şəhəri və ətraf bölgələrinidə əhatə edib.

Yerli mediada əhalinin içməli su tankerlərinin arxasında uzun növbələrə durduqlarını əks etdirən fotolor yayılıb. Media “İçməli su böhranı Təbrizə də çatdı” başlığı ilə xəbərlər dərc edib.

Məlumatda qeyd olunur ki, Təbrizin Kücüvar məhəlləsində içməli su qıtlığı yaşanır. Sakinlər içməli suyu səyyar tankerlərdən alır.

Yerli media Kəleybər və bölgə kəndlərində su qtılığının böhran həddinə çatdığını yazır. 

Görüntülərdə bölgənin məşhur Şamlı kəndinin sakinlərinin içməli su əldə etmək üçün uzun məsafə qət etdiyi, yaranmış duruma görə, əlaqədar məsulları və bölgədən parlamentə təyin olunan nümayəndəni tənqid etdikləri bəlli olur.

Xatırladaq ki, cari ildə su qıtlığı daha böhranlı həddə çatıb. Bununla yanaşı elektrik enerjisinin də uzun fasiləli kəsintiləri vətəndaşları iki qat çətinliyə salıb. 

Bundan öncə iyul ayının əvvəllərində Təbriz və ətraf bölgələrində içməli su qıtlığının yaşanacağı barədə xəbərdarlıq edilmişdi.

Şərqi Azərbaycan əyalətinin Su və Kanalizasiya Şirkətinin başçısı Əlirza İmanlu hökumətin yarıtmaz idarəetmə üsuluna toxunmadan vətəndaşları sudan istifadədə israfçılığa yol verməkdə günahlandırmışdı.

"Adambaşına düşən standart su istifadəsi ortalama 150 litr olduğu halda, Şərqi Azərbaycan əyalətində 24 saatda adambaşına istifadə olunan su miqdarı 220 litrdir”-deyə, o, əhalini sudan istifadədə qənaət etməyə çağırıb.

Əlirza İmanlunun dediyinə görə, Şərqi Azərbaycan əhalisi sutkada təyin olunan ortalama standartdan 70 litr çox su istifadə edir.

Onun sözlərinə görə, Təbriz şəhərinin suya olan illik ehtiyacı qarşılamaq üçün saniyədə 700 litr suyun kəmərlərə buraxılması lazımdır. 

Baş direktor bu məqsədlə 30 yeni su quyusunun qazıntısına başlanılıb. Onun fikrincə, quyular istismara verildikdən sonra saniyədə 400 litr suyun kəmərlərə buraxılması mümkün olacaq.

İmnalu və başqa yetkililərin verdiyi açıqlamalardan qarşıdakı yay aylarında Şərqi Azərbaycan əyalətinin, özəlliklə Təbriz şəhərinin əhalisinin su qıtlığı yaşayacağından xəbər verir.

Mütəxəssislərin fikrincə, su çatışmazlığı və quraqlıqla bağlı rəsmilərin iddiaları şişirdilib. 

Ölkədə su qıtlığı ümumi quraqlıq və yağıntıların azalmasından daha çox hökumətin, əlaqədar qurumların su hövzələri və qaynaqların yanlış idarə olunması nəticəsində baş verir.

Açıklama yok.gun az article

C.E  

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:  
Təbrizdə su qıtlığı təhlükəsi- Baş direktor xəbərdarlıq etdi

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16