SON XƏBƏRLƏR

Güney Azərbaycanda fövqəladə vəziyyət

2021.10.20, 07:36
Güney Azərbaycanda fövqəladə vəziyyət

Gunaz.tv
Güney Azərbaycanda fövqəladə vəziyyət 08063001.jpg 2008-06-30 11:43:00Güney Azərbaycandan verilən məlumata görə, hərəkatçılar Babəkin doğum günü ərəfəsində böyük şənliklər keçirməyi planlaşdırırlar: “İyunun sonu, iyulun əvvəli bütünlüklə Babəkin doğum gününə həsr olunacaq və çoxsayda tədbirlər keçiriləcək. Hərəkatçılar bu tədbirlərə çox ciddi hazırlaşırlar. Babək qalasına yürüşün olacağı da dəqiqdir. Artıq İran rejimi yürüşün və keçiriləcək digər aksiyaların qarşısını almaq, miqyasını azaltmaq üçün müəyyən tədbirlər görür. Güney Azərbaycanın bir çox şəhərləri ordu qüvvələri tərəfindən mühasirəyə alınıb. İri şəhərlərə xüsusi təyinatlı qüvvələrin yerləşdirilməsi isə hələ də davam edir. Rejimin basqılarına baxmayaraq milli hərəkatçılar Babəkin anım günü ilə bağlı şənlikləri Güneyin bütün şəhər və kəndlərində keçirməkdə israrlıdırlar”. “Baybak.com” saytının verdiyi məumata görə, Fars hakimiyəti Təbriz çıxışlarında bir çoxlu hərbi guc işə alaraq, şəhərdən çıxanlari yoxlayır. Baybək Qurultayına hazırlıq aparan bir sıra milli fəal bu qonuda bilgi verərək artırıblar ki bu il yalnız Bez Qalasına yürüş qənaətində olmayacaqlar. Qalaya gedənlərlə birlikdə, şəhərlərdə şənlik yapanlarda olacaq. Hər il İyun ayının sonu və İyulay ayının başlanqıciyla bərabər, Bez (Cumhur) qalasına yürüş yapilar və Azərbaycan Milli Qurultayı yerinə yetirilər. Ancaq bir neçə ildir ki Fars hakimiyəti bu işləmin önün alır və hətta bir çoxlu milli fəalli tutaraq cəzalandırıb. Azərbaycanın dayanış simgəsi olan Abbas Leysanlı geçən qurultaylarda iştirak edərək, milli yürüşə dahada çox anlam vermişdir. Bir çoxlu fəalın buluşma noqtasına çevrilən Babək Qalasi, Fars hakimiyətinin hirsinə nədən olub və bu üzdən qurultay ərəfəsində bölgəni hərbi güclərin əlinə verər. Aldığımız bilgilərə görə, Kəleybər bölgəsi tam anlamında bir hərbi bölgəyə çevrilib və orda yaşayan soydaşlar bilə öz evlərinə gedib gəlməkdə sorqulanırlar. Adına manevra qoyan Fars şovonistləri, Bez qalasına gedən yollari, dağ ətəkləri və yollari hərbi güclər ilə kontrola alıb. vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar