SON XƏBƏRLƏR

Güney Azərbaycanda gənc pop-musiqisi müğənnisi yol qəzasında ölüb

2021.10.20, 07:36
Güney Azərbaycanda gənc pop-musiqisi müğənnisi yol qəzasında ölüb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda qeyri-standart yollar və keyfiyyətsiz avtomobillərin ucbatından yol qəzalarında ölənlərin sayı getdikcə artır.


Məlumata görə, Güney Azərbaycanın “Yekan Kəhriz” qəsəbəsindən olan istedadlı gənc, türk pop-musiqisi müğənnisi  Purya Camei çərşənbə günü axşam saatlarında baş verən dəhşətli yol qəzasında dünyasını dəyişib.


Mərhum gəncin yaxın qohumu olan Dr. Yaşar Şahinin verdiyi məlumata görə, hadisə Kəlantəri yolunda “Pejo” markalı minik avtomobili ilə TIR tipli yük maşınının toqquşması nəticəsində baş verib.


Ağır yol qəzasında mərhum gənc müəğənninin 5 ailə üzvü, o cümlədən bir uşaq ağır bədən xəsarəti alıb, onların Urmiyədə xəstəxanaların birinə yerləşdirildiyi bildirilir.


Məlumata görə, Camei ailəsi qohumlarından birinin yas mərasimində iştirak etmək üçün Urmiyədən Təbrizə səfər edibmiş.
P.Camei türk pop-müsiqisi sahəsində Azərbaycanın tanınmış müğənnilərindən biri olub, o kimya mühəndisliyi üzrə təhsil alırmış.


Gözəl səsi ilə çoxlarının rəğbətini qazanan gənc müğənninin əsərləri ilə tanış olmaq üçün aşağıdakı İnstagram səhifəsinə müraciət edə bilərsiniz:
https://www.instagram.com/puriyajimusic/


Şübhəsiz ki, Azərbaycan gəncləri ana dilinə qəlbən bağlı olduğunu nümayiş etdirərək türk dilində oxuyan istedadlı müğənnini heç zaman unutmayacaq, o əsərləri yaşadıqca ürəklərdə yaşayacaq. “Allah rəhmət eləsin”



N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar