SON XƏBƏRLƏR

Güney Azərbaycanda güclü zəlzələ baş verib

2021.10.20, 07:36
Güney Azərbaycanda güclü zəlzələ baş verib

Gunaz.tv

GünAz TV: Bu gün səhər saatlarında Güney Azərbaycanda 5.8 bal gücündə zəlzələ baş verib.

 

Saat 09:24 radələrinə təsadüf edən təkanların episentri Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinin Qotur bölgəsində, yerin 6 kilometrliyində dərinliyində qeydə alınıb.

 

Zəlzələnin Xoy, Urmiyə və Təbrizdə də hiss edildiyi bildirilir. Hələlik mümkün dağıntılar və insan tələfatı barədə məlumat yoxdur.

 

Qeyd etmək lazımdır ki, ötən günlər ərzində Qotur bölgəsində 3-5 bal arası gücə malik bir neçə dəfə zəlzələ baş verib. Həmin yeraltı təkanların da yol açdığı mümkün dağıntı və təlafatlar barədə bu günə qədər heç bir məlumat verilməyib.

 

 Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar