SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCANDA HƏBS OLUNAN UNIVERSITET TƏLƏBƏLƏRININ TALEYINDƏN HEÇ BIR XƏBƏR YOXDUR

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCANDA HƏBS OLUNAN UNIVERSITET TƏLƏBƏLƏRININ TALEYINDƏN HEÇ BIR XƏBƏR YOXDUR

Gunaz.tv
GÜNEY AZƏRBAYCANDA HƏBS OLUNAN UNIVERSITET TƏLƏBƏLƏRININ TALEYINDƏN HEÇ BIR XƏBƏR YOXDUR 111.jpg Güneydən daxil olan məlumata əsasən son aylarda Güney Azərbaycanın ümumilikdə İran adlanan ölkədə universitetlərdə milli, mədəni və sinfi haqlarını tələb edən tələbələrə qarşı faşist molla hakimiyyətinin güc strukturları təhlükəsizlik və polis məmurları tərəfindən tələbələrə qarşı ciddi təzyiq və təqiblər bir-birinin ardınca həyata keçirilməkdədir. Təbriz Universiteti, Təbriz-Səhənd Universiteti, Ərdəbil Azad Universiteti, Urmiyə və başqa şəhərlərdə də kütləvi surətdə milli haqlarını tələb edən tələbələr həbs edilərək işgəncə və təzyiqlərə məruz qalmaqdadırlar. Iran adlanan ölkədə bütün hüquq müdafiəçiləri, tələbə və ictimai birliklər hakimiyyətin tələbələrə və milli hərəkat fəallarına qarşı təzyiq və təqibləri dayandırmaq məqsədilə, bəyanat və müraciətlər olunmasına baxmayaraq faşist molla hakimiyyəti təzyiqləri daha da artıraraq həbs olunan tələbələrin taleyi barədə heç bir məlumat yayılmağa imkan verməyir, hətta onların ailələrinə və yaxınlarına həbs olunanlarla bağlı hər hansı bir informasiyanı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa qadağa qoyaraq ailə üzvlərini təhdid və təzyiqlərə məruz qoyurlar. Həbs olunan tələbələrdən Səccad Radmehr, Fərzad Zehtab, Daryuş Hatəmi, Aydın Xaceyi, Vədud Əsədi bunlarla yanaşı adları gizli saxlanılan çoxlu sayda universitet tələbəsi, milli hərəkat fəalı, hüquq müdafiəçisi, dərgi və həftəlikləri, yazar və redaktorları Təbrizdə, Tehranda və İran adlanan ölkənin bütün həbsxanalarında belə hallar hər gün təkrarlanmaqdadır. Beynəlxalq İnsan Haqları təşkilatlarına, Beynəlxalq Əfv Təşkilatı bu istiqamətdə ardıcıl məlumat ötürülsədə, hələ ki, onlar tərəfindən bu məsələ ilə bağlı ciddi tədbirlər görülməyibdir. Buna baxmayaraq Güney Azərbaycanın daxilində xarici ölkələrdə fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, o cümlədən Dünya Azərbaycanlıları Konqresinin İsveçrədə və xarici ölkələrdəki nümayəndəlikləri ardıcıl olaraq beynəlxalq ictimaiyyəti İran hakimiyyətinin İranda yaşayan qeyri-fars millətlərə, özəlliklə Güney Azərbaycan türklərinə qarşı qeyri-insani rəftarlarına diqqəti yönəltməkdə davam etməkdədir. vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar