Diqqətdən kənarda qalmış Güney Azərbaycan: “Bu mövzuya qrant ayrılmır”

2021-04-14 11:56

​​​​​​​Çin Xalq Respublikasında uyğur türklərinə qarşı repressiyalar davam edir. Beynəlxalq təşkilatlar dəfələrlə bununla bağlı rəsmi Pekinə xəbərdarlıq edib. 

Gunaz.tv Quote | Gunaz article

ABŞ Dövlət Departamenti bir neçə dəfə milli ayrı-seçkilik siyasətinə və uyğurlara qarşı zorakılığa görə Çinə sanksiya tətbiq ediləcəyini bəyan edib. Çində 30 milyondan çox uyğur yaşayır. Onların pozulan milli haqqları dünyanın diqqət mərkəzindədir. 

Maraqlıdır, İranda haqqı tapdanan 35 milyondan çox Güney Azərbaycan türkləri ilə bağlı məsələ niyə dünya ictimaiyyətinin diqqət mərkəzinə gəlmir? 

Bunun üçün nə etməliyik? Güneydə siyasi məhbusların hüquqları Bakıda fəaliyyət göstərən hüquq müdafiəçiləri tərəfindən qoruna bilməzmi?

Gənc Demokratlar İnstitutunun sədri, politoloq Yeganə Hacıyeva Günaz.TV-yə açıqlamasında bildirib ki, Güney Azərbaycanlıların fundamental insan hüquqlarının müdafiəsi hər zaman Azərbaycanda aktual olub: “Dağlıq Qarabağ məsələsindən sonra ikinci aktual mövzu Güney olub bizim üçün. Cəmiyyətin hər bir fərdi öz ana dilində yazmalı, oxumalı, təhsil almalıdır. 

Yeganə Hacıyeva: “Beynəlxalq təşkilatlar Ermənistanın cinayətlərinə hələ də  səssiz qalırlar” – MÜSAHİBƏ – Yenicag.Az

Buna görə ona təzyiq olmamalıdır. Bu, fundamental insan haqqlarıdır. Bu haqqların pozulmasına diqqətin cəlb edilməsi üçün geniş işlər görülmüşdü. Bəzi  rəqəmlərə görə, Güney Azərbaycanda 30, bəzi rəqəmlərə görə 30 milyondan çox azərbaycanlı yaşayır. 

Onlar bizim cənub qonşumuz olan İran İslam Respublikasının vətəndaşlarıdır. Azərbaycan özü etnik separatizmdən əziyyət çəkdiyi üçün biz bu mövzuya dövlət olaraq ehtiyatla yanaşmışıq. Amma bu o demək deyil ki, biz bu mövzunu unutmuşuq”.

“Qərb Çinə qarşı daha çox təzyiq alətləri formalaşdırmağa çalışır”

Yeganə Hacıyeva Güney Azərbaycan məsələsinə yanaşmada da  ikili standartların olduğunu deyib:

“Bizə çox tanış olan ikili standartlar məsələsi bu mövzuda da var. Bunun da qlobal əsasları mövcuddur. Məsələ burasındadır ki, Çin dünyada qlobal bir gücdür. Bu ölkənin siyasəti rəqabətdə olduğu dövlətlər tərəfindən diqqətlə izlənilir. 

Ona qarşı hansı faktorlardan istifadə mümkündürsə buna gedilir. ABŞ və Avropa ölkələri Çinin uyğur türklərinə qarşı repressiyalarını ictimaiyyətin diqqətinə çatdırır, gündəmdə saxlayırlar. Bu, məsələnin üzdə görünən tərəfidir. 

Məsələnin ikinci tərəfi isə Çinə qarşı istifadə oluna biləcək bir təzyiq alətinin əldə edilməsidir. Bu nə dərəcədə uğurlu alınır, bu, başqa mövzudur. BMT-də, Avropa Şurasında bununla bağlı bir neçə dəfə dinləmələr təşkil olunub. Çində uyğurlara münasibət hesab edilir ki, daha sərtdir. Çində bir gecədə bir ailə itkin düşə və bundan da heç kimin xəbəri olmaya bilər. 

Uyğur dilində danışmaq istədiyi üçün uzun illər həbsxanada yatan insanlar var. Bu insanların günahı sadəcə öz ana dillərində danışmaq istəyidir.  Çində uyğurlar, İranda azərbaycanlılar istisna olmaq bütün dünyada xalqların öz ana dilində danışmaq, yazıb-oxumaq, təhsil almaq ən doğal hüquqdur. 

İrana və Çinə qarşı münasibət fərqlidir. Qərb Çinə qarşı daha çox təzyiq alətləri formalaşdırmağa çalışır. İranla bağlı isə Avropa Birliyi üçün böyük narazılıqları yoxdur. 

Əksinə onlar enerji və təhlükəsizlik mövzusunda uzlaşıblar. İran tərəfi əks fikirlər səsləndirsə də, bu belədir. İran rəsmilərinin daxildə, ictimai rəyə hesablanmış Avropanı “asıb-kəsmə" ritorikası reallıqda öz əksini tapmır. İran özü də Avropa Birliyi ilə enerji mövzusunda əməkdaşlığa meyllidir. İranın hazırda qlobal güclərin əsas hədəfi olmadığını da söyləyə bilərik. Çin isə əsas hədəflərdən biridir. 

Uyğur problemi də bununla əlaqədar qabardılır. Çin son illər Tayvan ətrafına öz qoşunlarını yığır.  Görünən odur ki, Çinin Tayvanla bağlı planları var. Bu da Çinin daxili siyasəti ilə bağlıdır. Müasir dövrdə ideologiyaların zərərsizləşdirilməsi məsələsindən Çin də yan keçmir. Çinin son 30 illik ideologiyası artıq cazibədar deyil. 

Mütləq cəmiyyəti birləşdirən, diqqətini cəlb edən yeni ideoloji tezislər işlənməlidir. Bu istiqamətdə görülən işlər Çinin Tayvan ətrafında nəzərdə tutduğu planlardan xəbər verir”. 

“Onlar üçün Güney prioritet deyil”

Bəs Güney Azərbaycan türklərinin hüquqları niyə lazımi şəkildə qorunmur? Bakıda fəaliyyət göstərən insan hüquqları təşkilatları niyə bu məsələyə önəm vermir? 

Politoloq hesab edir ki, hüquq müdafiəçiləri başqa ölkələrdə haqqı tapdalanların hüquqlarını qorumaqda daha maraqlı görünürlər. Güney Azərbaycan məsələsinə o qədər önəm verilmir. 

Bu mövzuya  qrant ayrılmır deyə, bu məsələyə diqqət etmirlər. Bu günlərdə Bakıda Hərbi Qənimətlər Muzeyi açıldı. “Evronews” parkdan şəkillər paylaşdı. Bunu az qala “vəhşilik” kimi təqdim  edirlər. Çünki o cür məsələlərə qrant verirlər. 

Lakin  Güney Azərbaycanda insanların doğal hüquqlarının əlindən alımması məsələsinə qrant ayrılmır. O hüqüq müdafiə təşkilatları üçün Güney prioritet deyil. Hansı sahəyə maddi dəstək verilirsə, o sahə daha prioritetdir. Bir sıra hüquq müdafiəçiləri Güney Azərbaycanda haqqı tapdanan soydaşlarımızla bağlı məsələni ictimailəşdirə bilərlər. 

Lakin buna ehtiyat edirlər. Dövlətlərarası münasibətlər pozulmasın deyə bu mövzuya baş vurmurlar. Ancaq mənə elə gəlir ki, bu kimi arqumentlər susmağa səbəb olmamalıdır. Çünki insan hüquqları və demokratiya məsələsi bir ölkənin daxili işi deyil. 

Ana dilində danışmaq, yazmaq təhsil almaq insanların təməl hüququdur. Güney Azərbaycanda yaşayan soydaşlarımızın da belə bir hüququ var. Həm İran, həm də Çin rejimi bilməlidir etnik zəmində repressiyalar əksinə milli şüurun oyanmasına gətirib çıxarır”. 

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14