SON XƏBƏRLƏR

Güney Azərbaycanda intiharların ardı-arası kəsilmir: 5 günə 4 intihar

2021.10.20, 07:36
Güney Azərbaycanda intiharların ardı-arası kəsilmir: 5 günə 4 intihar

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərində növbəti dəfə intihar hadisəsi baş verib.

 

Məlumata görə, kimliyi məlum olmayan bir qadın binanın 4-cü mərtəbəsindən özünü ataraq həyatına son qoyub. Hadisə noyabrın 17-də baş verib.

 

Bu barədə Qərbi Azərbaycan Təcili Tibbi Hadisələr Mərkəzinin rəisi Baqir Bəhrami “Fars” xəbər agentliyinə danışıb. “Urmiyəli qadın “Gülşəhr” şəhərciyində özünü binanın 4-cü mərtəbəsindən ataraq intihar edib”- deyə o bildirib.

 

Bu hadisə, son 5 gün ərzində Qərbi Azərbaycan Əyalətində baş verən 4-cü intihar faktıdır.

 

Noyabrın 13-də 22 yaşlı qız Urmiyənin “Şeyx təpə” məhəlləsində özünü bir binanın üstündən ataraq həyatına son qoymuşdur.

 

Noyabrın 14-də Urmiyənin Sero caddəsində bir 45 yaşlı kişi kimyəvi turşu içərək intihar edib.

 

Noyabrın 15-də isə Qərb Azərbaycan Əyalətinin Şot şəhərində bir kişi həyat yoldaşını odlu silahla qətlə yetirdikdən sonra öz canına qəsd etmişdir.

 

Güney Azərbaycanda intihar faktlarının artması təsadüfi deyil. Bir çoxları bölgədə intihar göstəricilərinin yüksək olmasını sosial ədalətsizliklə əlaqədarir. Ölkə əhalisinin yaşadığı ümidsizlik, ailədaxili münaqişələr, narkomaniya (mötadlıq), işsizlik, yoxsulluq və s. kimi problemlər şübhəsiz ki, insanların ictimai və fərdi həyatını dərindən ətkiləyir və özünə qəsd kimi hadisələrə yol açır.

 

Qənclər arasında intihar hallarının artması güney azərbaycanlı ailələrin xüsusi nigaranlığına səbəb olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar