Güney Azərbaycanda koronavirusdan ölənlərin sayı açıqlandı

2021-06-08 15:15

İyunun 8-də Güney Azərbaycan və İranda koronavirusa yoluxanların və xəstəlikdən vəfat edənlərin sayı açıqlanıb.

Gunaz.tv Quote | Gunaz article

Ərdəbil əyalətinin Tibb Elmləri və Səhiyyə Xidmətlərindən verilən məlumata görə, son sutkada əyalətdə 31 nəfər koronavirus infeksiyasına yoluxduğu üçün xəstəxanalarda yerləşdirilib.
Eyni müddətdə əyalətdə 3 COVİD-19 xəstəsi dünyasını dəyişib. Bu günə kimi əyalətdə bu xəstəlikdən ölənlərin ümumi sayı 1782 nəfərdir. 


Hal-hazırda Ərdəbil xəstəxanalarında 181 COVİD-19 xəstəsi müalicə olunur. Onlardan 38 nəfəri reanimasiya şöbələrində yerləşdirilib.
Bu günə kimi əyalətdə 1802 nəfər koronovirus infeksiyasına yoluxduğu üçün dünyasını dəyişib. 

 

Həmədan əyalətinin Tibb Elmləri Universiteti bu gün verdiyi açıqlamada ötən sutka 87 nəfərin koronavirusa yoluxduğunu bildirib. Ötən 24 saat ərzində 7 nəfər koronovirusa yoluxduğu üçün dünyasını dəyişib. Bununla da əyalətdə bu günə kimi COVİD-19-dan ölənlərin sayı 2208 nəfərə yüksəlib. 


Bü günədək Həmədanda 43468 nəfər koronavirusa yoluxduğu üçün amblator müalicə alıb, 17634 nəfər isə xəstəxanalarda yerləşdirilib.


Son 24 saatda Qəzvin əyalətində 48 nəfər COVİD-19-a yoluxduğu üçün tibb ocaqlarında yerləşdirilib. 1 nəfər koronavirus xəstəsi həyatını itirib. Hal-hazırda Qəzvin xəstəxanalarında 261 COVİD-19 xəstəsi müalicə olunur. Onlardan 26-i reanimasiya şöbələrində yerləşdirilib.


Bu günə kimi əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayı 170 min nəfərə yaxındır.
Pandemiyanın başlamasından bu günə kimi 1770 qəzvinli koronovirusa yoluxduğu üçün vəfat edib.

Bu saata qədər başqa əyalətlərdə koronavirus statistikası verilməyib. 

 
İyunun 8-də İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bildirdiyinə görə, son sutkada ölkə üzrə daha 179 nəfər koronavirus səbəbindən vəfat edib.


Bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 81362  nəfərə çatıb. Son 24 saatda 8846 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb.
Bu günə qədər ümumi yoluxma sayı 2,980,116 nəfərə yüksəlib. 
 
C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23

gun az article

İran hökuməti Təbrizdən İrəvana aviareys açmağa hazırlaşır

2021-06-23

gun az article

Təbrizdə sağlıq ocaqları yerli xeyriyyəçilərin hesabına tikilir

2021-06-23

gun az article

Təbrizdə özbaşınalıq: Bələdiyyə məmurları yaşlı qadının evini dağıdıb-VİDEO

2021-06-23

gun az article

Qərbi Azərbaycanda zəlzələ baş verib

2021-06-23

gun az article

GünazTV June.22.2021-Özümüz: Türkçülük Qılığında Azerbaycan Düşmənliyi

2021-06-23

gun az article

GünazTV June.22.2021-GÜNDƏM MASASI: İrandakı “seçkilər” və kütlənin siyasi mesajı.

2021-06-22

gun az article

"BBC Persian"dan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik

2021-06-22

gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22