Güney Azərbaycanda COVİD-19 mənzərəsi: Əyalətlər üzrə MƏLUMAT

2021-05-19 15:10

Güney Azərbaycanda koronavirusa yoluxanların və xəstəlikdən vəfat edənlərin sayı açıqlanıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Qəzvin əyalətinin Tibb Elmləri Universiteti məlumat yayıb. Məlumata görə, son 24 saat ərzində Qəzvin əyalətində 280 nəfər koronavirus infeksiyasına yoluxub. 

Onlardan 75 nəfəri xəstəxanalara yerləşdirilib. Ötən sutka ərzində 4 COVİD-19 xəstəsi həyatını itirib.

Hal-hazırda əyalət xəstəxanalarında 393 COVİD-19 xəstəsi müalicə alır. Onlardan 39 nəfəri süni tənəffüs aparatına qoşulub.

Bu günə kimi Qəzvin əyalətində 1687 nəfər koronavirusa yoluxduğuna görə vəfat edib. Pandemiyanın başlamasından bu günə qədər əyalətdə virusa yoluxanların ümumi sayı 24 min 241 nəfərdir.

Qərbi Azərbaycan Tibb Elmləri Universitetinin rektoru Cavad Ağazadənin verdiyi məlumata görə son sutka ərzində əyalətdə 661 koronovirusa yoluxma halı qeydə alınıb. 

Hazırda xəstəxanalarda müalicə alan koronovirus xəstələrinin sayı 1026  nəfərdir. 224 xəstə reanimasiya şöbələrində yerləşdirilib, 38 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Əyalətdə son sutkada 16 koronavirus xəstəsi vəfat edib. Bununlada əyalətdə COVİD-19-a xəstəliyindən ölənlərin ümumi sayı 4478 nəfərə çatıb.

Epidemiyanın başlamasından indi kimi Qərbi Azərbaycan əyalətində 164837 nəfər koronavirusa yoluxub.

Ərdəbi Tibb Elmləri Universitetindən verilən məlumata görə, əyalətdə COVİD-19-a yoluxma sayında ciddi azalma müşahidə olunur.

Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Şəhram Həbibzadə bildirib ki, son sutkada virusa yoluxan 41 nəfər xəstəxanaya qəbul edilib. 24 saat ərzində 5 nəfər koronavirus xəstəsi həyatını itirib. 

Bununla da əyalətdə "korona"dan ölənlərin sayı 1756 nəfərə çatıb.
Hazırda ərdəbil xəstəxanalarında müalicə alan koronovirus xəstələrinin sayı 285 nəfərdir. Onlardan 59-u reanimasiya şöbələrində yerləşdirilib.

Həmədan əyalətinin Tibb Elmləri Universitetinin verdiyi məlumata görə son 24 saatda əyalətdə 8 koronovirus xəstəsi həyatını itirib. Bununla da bu günə kimi Həmədanda COVİD-19-dan dünyasını dəyişənlərin sayı 2119 nəfərə çatıb.
Ötən sutka əyalətdə daha 202 nəfər koronavirus infeksiyasına yoluxub. Bu günə kimi əyalətdə virusa yoluxanların ümumi sayı 41459 nəfərə yüksəlib.

Bu saata qədər başqa əyalətlərdə koronavirus statistikası verilməyib. 

Qeyd edək ki, mayın 19-də İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bildirdiyinə görə, son sutkada ölkə üzrə daha 233 nəfər koronovirus səbəbindən vəfat edib.

Bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 77 min 765 nəfərə çatıb. Son 24 saatda12789 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb. Bu günə qədər ümumi yoluxma sayı 2,792,204 nəfərə yüksəlib. 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16