Güney Azərbaycanda koronavirus qurbanlarının sayı artır

04.04.2020, 14:10

GünAz TV: Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı artaraq davam edir.

 

Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi “Səhənd” Telekanalına verdiyi açıqlamada Şərqi Azərbaycan Əyalətində son 24 saat ərzində 53 nəfərdə koronaviris infeksiyasının aşkarlandığını, 7 nəfərin isə bu virusdan öldüyünü bildirib.

Beləliklə, bu günədək əyalətdə 1815 nəfərin koronavirusa yoluxduğu məlum olub, onlardan 184-ü həyatını itirib.

 

Məhəmməd Hüseyn Sominin sözlərinə görə, koronavirus infeksiyası ən çox əyalətin Təbriz, Əhər, Üskü, Sarab, Miyana, Azərşəhr (Tufarqan), Binab və Çaroymaq şəhərlərində yayılıb.

 

Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanlar və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutan Qəzvin Əyalətində isə 1039 nəfərin koronavirusa yoluxduğu, 151 nəfərin həyatını itirdiyi açıqlanıb. Qəzvin Tibb Universitetinin rəisi Peyman Namdar əyalətdə infeksiyaya yoluxanlardan 669 nəfərinin sağaldığını deyib.

 

Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 870 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə pandemiya yayıldığı gündən Qərbi Azərbaycanda 2 min 129 nəfərdən test götürüldüyünü bildirib.

Tibb Universitetinin rəisinin sözlərinə görə, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayı 73 nəfərə çatıb, sağalanların sayı isə 432 nəfərdir.

 

Ərdəbil əyalətinə gəlincə, bu günədək 1190 nəfərdən test götürüldüyünü deyən Ərdəbil Tibb Universitetinin rəis müavini Əfşin Fəthi 515 nəfərdə koronavirus infeksiyası aşkarlandığını bildirib. Əfşin Fəthinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha 6 nəfər həyatını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 93 nəfərə çatıb.

 

Zəncan əyalətinin Tibb Universitetinin rəisi Pərviz Qızılbaşın açıqlamasına görə, əyalətdə infeksiyaya yoluxanların sayı 637, xəstəlikdən ölənlərin sayı isə 63 nəfərə çatıb. O, infeksiyanın yayıldığı gündən etibarən virusa yoluxanlardan 445 nəfərinin tam sağaldığını deyib.

 

Həmədan Əyalətində isə rəsmilərin statistikaları gizlətmələri davam edir. Həmədan Tibb Universitetinin rəis müavini bir həftə fasilədən sonra martın 3-də əyalətdə 40 nəfərin koronavirusdan öldüyünü bildirib. Ölənlərin virusa yoluxmadan əvvəl bəzi xəstəliklərdən əziyyət çəkdiyini diqqətə çatdıran Dr. Kərəmi koronavirusa  yoluxanların sayı barədə hərhansı məlumat verməyib. Doqquz gün öncə verilən məlumatda, əyalətdə 355 nəfərin koronavirusa yoluxduğu, onlardan 29-nun həyatını itirdiyi bildirilmişdir.

 

Qeyd edək ki, qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu bildirir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18

gun az article

Urmuda 6 məhkum edam edilib

2023-03-17

gun az article

"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib

2023-03-17

gun az article

Təbrizin mərkəzində milli məzmunlu şüarlar yazılmış baner asıldı

2023-03-17

gun az article

Azərbaycanlı yazıçı Süsən Nəvadeyi Rəzi vəfat edib

2023-03-17

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Cilovluq qətliamından günümüzə”- VİDEO

2023-03-17